Çəpgözlük nədir? Səbəbləri və müalicəsi

Çəpgözlük nədir? Səbəbləri və müalicəsi

Çəpgözlük

Çəpgözlük nədir? Səbəbləri və müalicəsi

Çəpgözlük nədir? Səbəbləri və müalicəsi

çəpgözlük ilkin müalicəsi

Çəpgözlük nədir?

Çəpgözlük, gözlərin birlikdə fəaliyyət göstərməsinin və eyni sərhədə (paralel) qalmamasının nəticəsində ortaya çıxan bir göz problemdir. Gözlər, idarə olunan altı xarici əzələ tərəfindən yönləndirilir. Bu əzələlərdən biri, və ya bir neçəsi daha güclü və ya daha zəif olduğu halda, çəpgözlük problemini meydana gətirə bilər. Bir göz düz baxdığı zaman, digər göz isə daxilə, qulaq tərəfə, yuxarı alın tərəfə və ya aşağı tərəfə baxa bilər.

Çəpgözlük probleminin müalicəsində zərurətli olan şey erkən diaqnozdur. Gözlərin ilk müayinəsi zamanı, uşağın gözündə zəif görmə probleminin yanı sıra estetik problemlər də ortaya çıxara bilər. Bu səbəbdən, körpələr doğulandan sonra bir oftalmoloq tərəfindən yoxlanılmalıdır. Üstəlik, uşaqlar bir yaşa çatmadan öncə gözlə bağlı heç bir şikayətə sahib olmasa belə, oftalmoloq tərəfindən qiymətləndirilməlidir.

çəpgözlüyün eynək müalicəsi

Çəpgözlüyün səbəbləri

Çəpgözlüyün birdən çox səbəbi ola bilər. Mürəkkəb hamiləlik dövrü, çətin doğuş prossesi, körpənin anormal inkişafı və xəstəlikləri çəpgözlüyə səbəb ola bilər. Həm də çəpgözlüyün ortaya çıxmasında genetik faktorlar çox təsirli olur. Ailədə birisinin çəpgözlüyə sahib olması halında, uşağın da bu problemin yaşama ehtimalı yüksəkdir.

Erkən müayinə

Çəplik gözlərimizin paralelliyinin pozulması deməkdir. Bir gözümüz düz baxdığı zaman o biri gözümüz də düz baxmalıdır və beləliklə biz əşyaya baxdığımız zaman sağ gözümüz əşyanın mərkəzini və daha çox sağ tərəfini, sal gözümüz yenə əşyanın mərkəzini və daha çox sol tərəfini görərək, beynimizdəki bu xəyallar birləşərək 3 müstəvili bir görüntü əmələ gəlir. Yəni uzunluğu, eni və dərinliyi 3d görüntü də deyə bilərik buna. Həmin xəyal beynimizdə yaranır.

Əgər gözümüzdən hər hansı biri paralelliyi pozulduğu zaman yəni içə, çölə, yuxarı, aşağı baxdığı zaman bu səfər  eyni momentli olaraq beynimiz o xəyalları ala bilmir və elə olduğu zaman məsələn sağ gözü çəpliyi olan bir insanın sol gözü ilə düz baxdığı zaman sağ gözü çəpləşir və ya sağ gözü ilə düz baxdığı zaman da sol gözü çəpləşə bilir. Bəzən bu insanları çaşdıra bilir. Çünki elə düşünürlər ki, bir gözündə çəplik var. Amma halbuki biz müayinə zamanı hər iki gözündə də çəplik olduğunu aşkarlayırıq.

Çəpgözlüyü necə anlaya bilərik?

Çəpliyi anlamaq üçün əslində belə bir tərəziyə də baxmaq olar. Tərəzinin bir tərəfinə çəki qoyduğumuz zaman, digər tərəfi yuxarı qalxdığı kimi eyni zaman o biri tərəfdən çəki götürdüyümüz zaman da eyni hadisə baş verir.  Yəni gözlər əslində bir-biriylə beyin vasitəsi ilə əlaqəlidir. Ona görə bir tərəfdə bir problem olduğu zaman çox vaxt o biri tərəfə də təsir edir. Burada bir istisna var. Həddindən artıq zəifləmiş bir gözün yəni məsələn çox zəif görən bir gözün daim çəpləşməsi durumu ola bilər. Məsələn, bir göz 1-2 faiz görürsə bu səfər beyin artıq o gözü saymır, o göz çox tənbəl göz olduğu üçün və sadəcə bir göz fəaliyyət göstərmiş olur. Bu səbəbdən tək gözdə çəpliyi biz görə bilirik.

Çəpliyin erkən dönəmdə müalicəsi çox önəmlidir. Çünki erkən dönəmdə yəni beynin görmə mərkəzinin inkişafı dövründə müalicə olunmazsa ömür boyu 3 müstəvili görmədən məhrum qala bilərik. Ömür boyu tənbəlliklə qarşı-qarşıya qala bilərik. Bu səbəbdən özəlliklə ilk 6 yaşda əgər çəplik müalicə ilə düzəlmirsə, mütləq şəkildə əməliyyat olunmasını tövsiyyə edirik.

Çəpgözlük müalicəsi

Çəpgözlüyün ilkin müalicəsi

Əlbəttə ki, ilk başda dərhal əməliyyat tövsiyyə etmirik. Öncəliklə çəpliyi təyin edirik, ondan sonra eynək lazımdırsa mütləq eynək təyin edirik. Eynəklə düzələ bilən çəpliklər var, çünki həmin eynəyi taxdığı zaman illər ərzində çəpliyin düzələ bildiyini görürük və bu insanlara ümumiyyətlə əməliyyat etmirik, hətta bəzi insanlara əməliyyat əks göstərişdir. Eynək qismi olaraq çəpliyi düzəldirsə amma hələ də eynək taxdığı zaman gözündə çəplik varsa biz bunlara əməliyyat tövsiyyə edirik amma eynək taxmaq şərtiylə.

çəpgözlük ilkin müalicəsi

Çəpgözlüyün əməliyyatla müalicəsi

Amma bəzi uşaqlar var ki, ümumiyyətlə eynəyə heç bir şəkildə tabe olmur və eynəklə heç bir cavab ala bilmirik. O zaman vaxt itirmədən biz bu uşaqların əməliyyat olmağını tövsiyyə edirik. 

Bəzən belə bir fikirlər olur ki, çəplik bir dəfə əməliyyatla bitməyə bilir. Ona görə uşaqlıq dövründə yox 18 yaşından sonra əməliyyat olmasını tövsiyyə edirlər. Bu yanlış bir düşüncədir. Çünki öncə qeyd elədiyim kimi, çəplik əməliyyatının əsas məqsədi gözlərin paralelliyini bərpa eləyib, gözümüzdəki o 3d görüntünü əldə eləmək və beyindəki həmin mərkəzin oyanmasını təmin eləməkdir. Müəyyən bir yaşdan sonra onu etmək mümkün deyil. 

Bəli, biz 18 yaşından sonra da, 20 yaşındanda da, 50 yaşında da çəplik əməliyyatını edə bilərik. Yalnız burda funksionallıq deyil sadəcə estetik baxımından gözlər paralel olacaq, amma funksionallıq baxımında çox bir şey əldə edə bilmirik. Ona görə vaxtında aşkarlanmış çəplik müalicəylə əgər düzəlmirsə əməliyyatı gecikdirməmək lazımdır.

Təqlər :

Çəpgözlük

15 illik təcrübəyə malik Göz xəstəlikləri uzmanı.

Son yazılarımız