Göz Miqreni Nədir? Simptomları Nələrdir?

Göz Miqreni Nədir? Simptomları Nələrdir?

Göz miqreni

Göz Miqreni Nədir? Simptomları Nələrdir?

Göz Miqreni Nədir? Simptomları Nələrdir?

göz miqreni

Göz miqreni daha çox gənclərdə və qadınlarda rast gəlinir. Şiddətli ağrı və keçici görmə problemlərinə səbəb olan bir xəstəlikdir. Okulyar miqren olaraq adlandırılan bu xəstəlik nevroloji və ya fərdi, eləcə də xarici faktorlar səbəbilə yaranır. Stress, yuxu pozuntuları və hava diqqət edilməsi lazım olan faktorlardır. 

Əsasən ağrı ilə müşaiyət olunsa da, simptomları insandan insana dəyişə bilər. Müalicəsində problemin səbəbləri aradan qaldırılması nəzərdə tutulsa da, bəzən simptomları aradan qaldırmaq da müalicənin bir parçasıdır.

Göz miqreni nədir?

Ağrı ilə ortaya çıxan bu problem adətən 30-60 dəqiqə ərzində baş verir. Keçici görmə problemləri yaradır. Bəzən görüntülər ağara, titrəyə və dalğalana bilər. Baş ağrısı da əlamətlər arasındadır. Çox ciddi bir xəstəlik sayılmasa da, görmənin azalması, cüt və bulanıq görmək insanın həyat keyfiyyətinə ciddi təsir edir. Bir göz həkiminə müraciət edilərək müalicəyə başlanmalıdır.

Göz miqreni

Göz miqreninin səbəbi

Səbəbi tam olaraq bilinməsə də, adi miqrenin səbəblərinə çox bənzəyir. Beyindəki kimyəvi dəyişikliklərin buna səbəb olduğu ehtimal edilir. Əsas səbəblər bunlardır:

  • Stress
  • Yuxu problemi
  • Hormonal dəyişikliklər
  • Pəhriz (xüsusilə aşağı qan şəkəri və plansız yemək vərdişi)
  • Göz yorğunluğu (telefon və kompüterlə uzun müddət işləmək)
  • Ətraf mühit faktorları (hava və gur işıq)
  • Bəzi dərmanlar və kimyəvi maddələr (alkoqol, tütün, kafein və s.)
  • Beynin qan axımında dəyişiklik

Kimdə daha çox rast gəlinir?

Bu problem bütün yaşlarda görülə bilər. Qadınlarda və gənclərdə daha çox müşahidə olunur. 

  • Normal miqren problemi olan insanlarda
  • Ailəsində miqreni olan şəxslərdə
  • Hormonal dəyişiklik periodunda
  • Yorğun, stressli və yuxu problemləri olanlarda
  • Göz yorğunluğu yaşayanlarda

Göz miqreninin səbəb olduğu baş ağrısının növləri

Gözdə ağrı ilə müşahidə olunan miqren əsasən iki yerə bölünür:

Görüntü auralı göz miqreni: İşıqlı cizgilər, parıltılar və keçici görmə itkisi ilə bağlı nevroloji simptomları olur. Əsasən 20-30 dəqiqə çəkir. Daha sonra baş ağrısı başlayır.

Aurasız göz miqreni: Bu növ miqren göz ağrısı və narahatlıq ilə başlayır. Sonra bir tərəfdə hiss edilən baş ağrısı ilə davam edir. Həmçinin ağrı göz çevrəsində də hiss edilir.

Göz miqreni ilə baş ağrısı arasındakı fərqlər

Bir-birindən fərqli anlayışlar olsa da, səhv salınırlar. Miqrendə görmə problemləri ortaya çıxır. Və ağrı daha çox bir tərəfdə baş verir və göz ətrafına yayılır. Baş ağrısı isə başın hər tərəfində hiss edilə bilər. Baş ağrısı miqrenin əsas əlamətlərindən olsa da bu, 60 dəqiqə müddətində davam edir. Baş ağrısı isə daha uzunmüddətli olur.

Göz miqreninin simptomları

Aura: simptomlar adətən aura adlanan əlamətlərlə ortaya çıxır. Auralı miqrenin əlamətləri arasında bulanıq görməyi, parlaqlığı və görmə itkisini misal göstərə bilərik.

Tək tərəfli baş ağrısı: göz miqreni başın bir tərəfində başlayan şiddətli bir ağrı ilə özünü bildirir.

Göz ağrısı: bəzi insanlarda ağrı ilə bərabər qızarma və sulanma da görünə bilər. 

İşığa həssaslıq: göz miqreni işıq, səs, qoxu kimi faktorlardan təsirlənir.
Digər simptomlar: mədə bulantısı, qusma, baş fırlanması kimi əlamətlər də simptomlar arasındadır.

Diaqnozu necə qoyulur?

Müayinə pasiyentin şikayətlərini həkimə bildirməyi ilə başlayır. Və həkiminiz aşağıdakı testləri tələb edə bilər:

Göz müayinəsi: gözünüzdə hər hansı bir problem olub olmadığını yoxlamaq üçün göz müayinəsi edir.

Bütöv bir fiziki müayinə: digər bütün fiziki problemləri istisna etmək üçün fiziki müayinə də tələb oluna bilər.

Nevroloji testlər: sinir sisteminiz də müayinənin vacib nöqtələrindən biridir.
Görüntülənmə metodları: beyninizə olan qan axımı və struktur özəlliklərini bilmək üçün MRT və CT testləri aparıla bilər.

Göz miqreni necə müalicə olunur?

Müalicəsi simptomların şiddətindən və təkrarlanmasından asılıdır. 

Ağrıkəsicilər: yaranan ağrıları aradan qaldırmaq üçün tövsiyə olunur.

Triptanlar: beyindəki serotonin miqdarını artıraraq miqrenin təsirlərini azaldır. 

Profilaktik dərmanlar: bu cür dərmanlar da müalicədə əsas yer tutur.

Həyat tərzində dəyişiklik: miqreni yaradan faktorları aradan qaldırmaq da müalicənin əsas elementlərindən biridir. Stressli mühitdən, kafein, və alkoqoldan uzaqlaşmaq, yuxu problemini aradan qaldırmaq bunlara misaldır. 

Hər kəsin müalicə metodu fərqlidir. Doğru metoda həkiminizin məsləhəti ilə başlamaq lazımdır.

Təqlər :

Göz miqreni

15 illik təcrübəyə malik Göz xəstəlikləri uzmanı.

Son yazılarımız