Digital göz yorğunluğu

Digital göz yorğunluğu

Göz yorğunluğu

Digital göz yorğunluğu

Digital göz yorğunluğu

digital göz yorğunluğu

Gündəlik həyatda bir çoxumuz kompüterdən istifadə edirik. Ortalama olaraq 8 saatımızı kompüter qarşısında keçiririk. Evə gəldiyimiz zaman, dincəlmək istədiyimiz zaman yenə də kompüter, telefon və planşetlərdən istifadə edirik. Yəni gündəlik həyatımızda ekran qarşısında çox zaman keçiririk . Bu aylarla, illərlə davam etdikcə gözlərdə kompüter (digital) yorğunluq əmələ gəlir.

Digital yorğunluq nədir?

Hər hansı bir işlə məşğul olduğumuz zaman yarım saat – 40 dəq sonra bizim gözlərimiz başlayır yorulmağa. Ümumiyyətlə bir çox insanlar beynim yorulur deyir. “Göz ətrafımda ağrılar olur, yuxum gəlir, işimi etmək istəmirəm, artıq yoruluram” deyirlər. Bu sadaladıqlarımız digital göz yorğunluğun əlamətləridir. Çünki ekran müddəti nə qədər çoxalırsa, bu səfər həmin o sindromun əmələ gəlmə ehtimalı artır.

Sindromun əmələ gəlməsinin qarşısını necə alaq?

Öncəliklə kompüter qarşısında keçirmə saatlarımızı azaldaq. Bir çox insan deyir ki, bu mənim işimdir və mən bunu edə bilmərəm. Bu zaman işdən əlavə olan vaxtlarda mümkün qədər ekran istifadəsini azaltmaq lazımdır. Yuxumuzu normal almalıyıq. Saat olaraq 7-8 saat yuxumuzu almalıyıq ki, gözümüz və bədənimiz dincəlmiş olsun. Kompüter qarşısında əyləşdiyimiz zaman 20-20-20 qanunu var. Hər 20 dəqiqədən bir 20 saniyəlik otağın ən uzaq nöqtəsinə getmək lazımdır. Və ya gözünüzü yuma bilərsiniz. Yumduğumuz zaman bizim gözümüz dincəlir. Göz sulanması bərpa olunur. Bunu biz eyni zamanda tez-tez qırparaq əldə edə bilərik.

Biz kompüter qarşısında əyləşdiyimiz zaman bizim göz qırpma sayımız azalmağa başlayır. Ortalama olaraq bir insan dəqiqədə təxmini 16-20 dəfə gözünü qırpır. Ama biz bir işlə məşğul olduğumuz zaman qəzet oxuduğumuz zaman, kitab oxuduğumuz zaman və s. o qədər diqqətlə baxırıq ki, göz qırpma sayı azalır. Təxminən düşür 10-12 dəfəyə. Baxdığımız zaman çox fərq yoxdur. Amma biz bunu saatlara vurduğumuz zaman 8 saat kompüter qarşısında oturanın insanın qırpma sayı 8000-9000 mindir. Amma normal kompüterlə məşğul olan insan da isə 13000-14000 mindir. Gün ərzində çox ciddi fərq olur. Əyləşdiyimiz komputerin səviyyəsi mümkün qədər bizim göz səviyyəmizdən ya eyni, ya da mümkün qədər aşağı olmalıdır. Aşağı baxdığımız zaman mənim göz yarığım hal-hazırda azalır. Ama mən yuxarıya baxdığım zaman və ya düz baxdığım zaman gözlərim daha geniş açılır. Geniş açılan zaman quruma ehtimalı artır. Bu da bizə əlavə problem yaradır.

Göz yorğunluğunu qarşı nə edə bilərik?

Uzunmüddətli kompüter istifadəsi zamanı əgər göz quruluğunuz varsa, gözünüzdə yaşarma, qızarma, batma, yanma, sulanma kimi şikayətlər varsa, demək ki, sizdə göz quruluğu ola bilər. Siz suni göz yaşı damcılarından istifadə etmək lazımdır. Əgər suni göz damcılarından istifadə edəcəksinizsə, çalışın içlərində konservantı olmasın. Çünki konservant uzunmüddətli istifadə zamanı gözünüzə əlavə olaraq zərər verə bilər. Gözdə göz quruluğunu daha da artıra bilər. Kompüter istifadə etdiyimiz zaman ətraf mühitin, otağın işıqlandırılması önəmlidir. Əgər çox parlaq gözümüzə təsir edən spotlar varsa, bizim gözümüzdə yansımalar əmələ gətirir, bizdə eyni zamanda kompüterə baxmağa çalışırıqsa çox böyük kontrast əmələ gəlir. Beləliklə daha tez yoruluruq.

Eynilə çox qaranlıq otaqda və parlaq ekranlı kompüter varsa qarşımızda, kontrast fərqindən dolayı gözümüzün daha tez yorulmasına gətirib çıxardacaq. Ekranımızın işığını mümkün qədər azalda bilərik. Amma çox azaltmamaq lazımdır. Çünki çox azaltdığımız zaman bizim fərdi hüceyrələr dövrəyə girir. Gecə görüşü dövrəyə girir. Və bu insanı yora bilər. Həddindən artıq ekran parlaqlığını azaltmaq lazım deyil . Parlaqlığı azaltdığı zaman keyfiyyəti də azaldır və göz əziyyət çəkir.

Bir də gündəlik həyatda biz ekranlardan mavi deyilən işığın sektorunu alırıq. Bu mavi işıq bizim digital göz yorğunluğunu əmələ gətirən səbəblərdən biridir. Həddindən artıq ciddiyə almamaq lazımdır bunu. Amma bəzi insanlar mavi işığa həssas ola bilərlər. Yəni komputerdən tez yorula bilərlər. Bunun üçün xüsusi eynəklərin qatına mavi qoruyucu filtrlardan (blue block) istifadə oluna bilər. Amma bilmək lazımdır ki, 100-də 100 blue block filterləri istifadə eləmək tövsiyə olunmur. Çünki mavi işığı tamamilə həyatımızdan çıxarmaq əlavə olaraq depressiyaya gətirib çıxardığı sübut olunmuşdur.

Təqlər :

Göz yorğunluğu

15 illik təcrübəyə malik Göz xəstəlikləri uzmanı.

Son yazılarımız