Göz qapağı əməliyyatı (blefaroplastika)

Göz qapağı əməliyyatı (blefaroplastika)

Blefaroplastika

Göz qapağı əməliyyatı (blefaroplastika)

Göz qapağı əməliyyatı (blefaroplastika)

göz qapağı əməliyyatı (blefaroplastika)

Göz qapağı əməliyyatı (blefaroplastika) üst və alt göz qapaqlarında olan sallanmanın, torbalanmanın, qırışların aradan qaldırılması üçün edilən cərrahi müdaxilədir.

Göz qapaqlarının və göz ətrafının görünüşü birbaşa üz estetikasına təsir edir. Yaşlanma, irsi faktorlar, nazik dəri, günəşə məruz qalma, siqaret və alkoqol istifadəsi, nizamsız yuxu rejimi, stresli həyat və duz istifadəsi göz qapaqlarında sallanmaya səbəb ola bilər.

Üst göz qapağının əməliyyatı yalnız estetik məqsədlər üçün deyil, həm də görmə funksiyasını yaxşılaşdırmaq üçün edilir. Aşağı göz qapağı əməliyyatında da təkcə sallanma və torbalanmanın aradan qaldırılması yox, həmçinin göz ətrafında yerləşən sümüklərdəki boşluqların doldurulması proseduru da edilə bilər.

blefaroplastika əməliyyatı

Bəzi hallarda göz qapağı əməliyyatı zamanı əlavə olaraq göz ətrafındakı incə qırışların və ləkələrin aradan qaldırılması, qaş və ya alın qaldırma kimi prosedurlar da edilə bilər.

Göz qapaqlarındakı sallanma və torbalanmanın səbələri

  • Yaşlanma: probleminn əsas səbəbi budur. Ancaq bəzi insanlarda simptomlar daha erkən, bəzilərində isə daha gec yaşda müşahidə olunur. Buna təsir edən bir çox amillər var.
  • İrsi və göz forması ilə yaranan səbəblər: göz qapaqlarında, xüsusilə də alt göz qapaqlarında çox gənc yaşlarda belə plastik əməliyyat tələb olunacaq dərəcədə sallanma və torbalanmalar ola bilər.
  • İncə dəri 
  • Həddindən artıq günəşə məruz qalma
  • Siqaret və alkoqol istifadəsi
  • Anormal yuxu rejimi
  • Stressli həyat
  • Yanlış formada yatmaq (yastıqsız və ya qarın üstə yatmaq)
  • Həddindən artıq duz istifadəsi
  • Xəstəliklər
  • Allergiya

Göz qapağı əməliyyatı niyə edilir?

Əməliyyatdan əvvəlki müayinə zamanı göz qapaqlarındakı problemlər aşkarlanır. Şikayəti olan şəxsin əməliyyata yararlı olub-olmadığına qərar verilir. Göz qapaqlarında olan problemlərlə yanaşı yanaq sümükləri və alın kimi qonşu strukturlarda əlavə estetik problemlərin olub-olmadığı aşkarlanır. Daha sonra müalicə planı tərtib edilir.

Əməliyyatdan əvvəlki dövrdə mümkün fəsadların riskini azaltmaq üçün bəzi ehtiyat tədbirləri görülür. 1-2 gün əvvəl aparılan müayinələrdə problem müşahidə olunmazsa, əməliyyat aparılır.

Əməliyyatdan əvvəl üst və alt göz qapaqlarında açılacaq kəsiklərin yerləri təyin olunur. Əməliyyat steril şəraitdə venadaxili sedasiya, lokal və ya ümumi anestezisiya altında aparılır. Eyni seansda aşkar olunan başqa estetik problemləri aradan qaldırmaq üçün əlavə əməliyyatlar da edilə bilər.

Göz qapaqlarında olan problemin dərəcəsindən asılı olaraq müxtəlif cərrahi üsullardan istifadə edilə bilər. Problemi düzgün müəyyən etmək və düzgün cərrahi texnikanı təyin etmək geniş təcrübə tələb edir.

Göz qapağı əməliyyatı müalicə olunacaq göz torbalarının sayından və deformasiyanın dərəcəsindən asılı olaraq 1-3 saat arasında davam edir.

göz qapağı əməliyyatı

Üst göz qapağı əməliyyatı

  • Yuxarıda qeyd edilən səbəblər nəticəsində yuxarı göz qapağının dərisində boşluqlar, artıqlar və qıvrımlar əmələ gəlməyə başlayır. Həmçinin daha dərində yerləşən və göz almasını zərbələrdən qoruyan piy yastıqlarının ön ucları da deformasiya oluna bilir.
  • Meydana gələn qatlar üst göz qapağının kirpiklərə qonşu olan dərisini qismən və ya tamamilə bağlayır. 
  • Alın və qaşların aşağıya doğru yerdəyişməsi də bu deformasiyaya səbəb olur. Bu halda alın və ya qaş qaldırma kimi əlavə prosedurlar da tələb oluna bilər.
  • Dərisi həddindən artıq sallanan insanlarda qapaqlar çətin açılır və daim açıq qalması üçün qaşlar mütəmmadi olaraq yuxarı qalxmalı olur. Bu da alın dərisində qırışlara səbəb ola bilər. Qaşları qaldıran əzələlərin davamlı olaraq hərəkəti, həmçinin baş ağrısına da səbəb ola bilər.
  • Üst göz qapağının əməliyyatı təkcə estetik məqsədlər üçün deyil, həm də daha rahat görmə üçün həyata keçirilir.

Üst göz qapağı əməliyyatı – Üst Blefaroplastika

  • Əməliyyat venadaxili sedasiya və lokal anestezisiya altında keçirilir.
  • Əməliyyatın müddəti deformasiya dərəcəsinə və tətbiq olunacaq cərrahi texnikaya görə dəyişsə də, orta hesabla 1 saat çəkir.
  • Qaşın xarici hissəsində də eyni seansda eyni kəsiklə liftinq edilə bilər.
  • Üst blefaroplastika üz gərmə kimi digər plastik əməliyyatlarla birləşdirilə bilər.
  • Əməliyyatdan əvvəl işarələnmiş dəri və əzələlər zolaq şəklində çıxarılır. 
  • Əməliyyatın sonunda içəridə qalması üçün tikişlər qoyulur və tikiş xətti nazik lentlə bağlanır. Göz tam bağlanmır, az da olsa görmək mümkündür.
  • Əməliyyatdan 4-5 gün sonra lentlər çıxarılır və çimmək olar.
  • Cərrahi kəsik göz qapağının dərinlərində olduğu üçün diqqət çəkmir.

Alt göz qapağı əməliyyatı – Alt Blefaroplastika

  • Aşağı göz qapağının dərisi və onun altındakı nazik əzələ təbəqəsi bəzən boşalır və ya sallanır. Dərində yerləşən piy yastıqları da “göz altı torbası” adlanan deformasiyaya səbəb olur.
  • Alt göz qapağının bir qədər altında yerləşən (yanaq sümüyü nahiyəsindəki) yumşaq toxumalar quruluşu və ya yaşlanma səbəbi ilə aşağı doğru yerdəyişmə edir. Bu da göz altı torbası adlanan boşluq əmələ gətirir. Odur ki, daha ideal nəticə əldə etmək üçün çox vaxt əməliyyat zamanı bu boşluğu doldurmaq üçün əlavə cərrahi əməliyyat aparmaq lazım gəlir. 
  • Əməliyyat venadaxili sedasiya və lokal anestezisiya altında həyata keçirilə bilər və ya digər prosedurlarla birləşdirilib ümumi anestezisiya altında edilə bilər.
  • Kirpiklərin altından ona paralel olaraq bir kəsik açılır. Artıq dəri və əzələ zolaq şəklində çıxarılır. Yığılan yağ yastıqları, əgər varsa, müdaxilə edilir. Yayılmış əzələ toxuması sıxılır. Göz qapağının çox boş olduğu hallarda əlavə sıxma prosedurları həyata keçirilir. Son mərhələdə daxili və xarici tikişlər qoyulur, lentlər vurulur və əməliyyat sonlandırılır.
  • Göz qapağının dərisinin boş olmadığı və yalnız piy kisəsinin olduğu hallarda, göz qapağının daxili hissəsindən edilən kəsiklə yalnız piy kisəsi çıxarıla bilər.
  • Göz altı torbası əməliyyatı təxminən 1-2 saat çəkir.
  • Əməliyyatın sonunda göz qapaqları şişlik səbəbi ilə müvəqqəti olaraq tam bağlanmaya bilər. 
  • Lokal anesteziya altında aparılan əməliyyatdan sonra xəstə evə gedə bilər, lakin ilk gecəni xəstəxanada keçirmələri tövsiyə olunur. 
  • Xarici tikişlər 3 gündən sonra çıxarılır və onların yerinə dəstəkləyici lent çəkilə bilər.

Əməliyyatdan əvvəl nələrə diqqət edilməlidir?

  • Qan duruldan dərmanlar, yaşıl çay kimi bitki mənşəli preparatlar, vitaminlər və bəzi qidaların istifadəsi əməliyyatdan ən az 15 gün əvvəl dayandırılmalıdır. 
  • Hipertoniya xəstələri dərmanlarını mütəmmadi olaraq qəbul etməldirlər.
  • Göz və görmə ilə bağlı başqa xəstəliklər varsa, ilk növbədə bir oftalmoloqa müraciət edərək müalicə edilməlidir.

Əməliyyatdan sonra nə edilməlidir?

Əvvəla, ümumi sağlamlıq vəziyyətinə təsir edən mümkün fəsadların qarşısını almaq və hər hansı bir ağırlaşmanı vaxtında aşkar edib müalicə etmək üçün məsuliyyətli hərəkət etmək lazımdır.

Bu mərhələdə həkimin tövsiyələri ciddi şəkildə yerinə yetirməlidir. Adətən xəstələr əməliyyatdan sonra həkim tövsiyələrinə kifayət qədər diqqət yetirmirlər. Əməliyyatdan sonra heç bir ağrı hiss edilməsə belə, tövsiyələrə ciddi əməl edilməlidir.

  • Yataqda yarı oturaq vəziyyətdə yatmalı, üz nahiyəsində təzyiq olmamalıdır. Mümkün olduğu qədər yan üstə deyil, bel üstə uzanmalısınız.
  • Əməliyyatdan sonra, xüsusilə ilk 2-3 gündə hər yarım saatdan bir 10 dəqiqə alın və yanaq sümüklərinə (gözə birbaşa təzyiq etmədən) soyuq tətbiq edin. Yatarkən etməyə ehtiyac yoxdur.
  • Gərginlik, ağırlıq qaldırma, şiddətli öskürək və irəli əyilmə kimi təzyiqi artıran hərəkətlərdən çəkinmək lazımdır.
  • Qan təzyiqi yaxından izlənilməli və yüksəlməsinə icazə verilməməli, təzyiq dərmanlarından müntəzəm istifadə edilməlidir.
  • Əməliyyatdan əvvəl dayandırılmış qan duruldan və qida əlavələri 15 gün ərzində istehlak edilməməlidir.
  • Qəbizlik risk yaradır
  • Alkoqol və siqaret istifadə edilməməlidir
  • Çox isti su ilə çimmək olmaz.
  • Əməliyyatdan sonra adətən heç bir ciddi ağrı müşahidə olunmur. Əgər gözlərdə şiddətli ağrı və görmə problemləri hiss edirsinizsə, həkimə müraciət etməlisiniz.

İşə qayıtmaq: Əməliyyatdan 1 həftə sonra işə qayıda bilərsiniz, ancaq şişin tamamilə yox olması 3-4 həftə çəkə bilər. Əməliyyat bölgələrində ilk 48 saat ərzində şiş və bəzi göyərmələr ola bilər, ancaq 3-cü gündən etibarən bunlar azalmağa başlayacaq.

Eynək və linzalardan istifadə: Əməliyyatdan sonra eynək istifadə edə bilərsiniz. Linzaları istifadə etməzdən əvvəl, şişin bir qədər azalmasını gözləmək lazımdır, bu müddət təxminən 2 həftədir.

Quru gözlər: Xüsusilə üst göz qapağı əməliyyatlarından sonra gözdə qum dənələri varmış kimi sancma, yanma şəklində göz quruluğu ilə bağlı şikayətlər ola bilər. Bu vəziyyət müvəqqətidir, dəstək olaraq süni gözyaşardıcı damcı və ya gellərdən istifadə etmək faydalıdır.

Günəşdən qorunma: Göz qapaqlarının dərisində ləkələrin əmələ gəlməməsi üçün günəşli havalarda gün eynəyi və papaqdan istifadə etmək, həmçinin kəsiklərə 40-50 faktorlu günəşdən qoruyucu krem sürtmək faydalıdır. Bir ay ərzində aktiv günəş şüası qəbul edilməməlidir.

İdman fəaliyyəti: Göz qapaqları əməliyyatdan sonra 6 həftə ərzində mümkün travmalardan, zərbələrdən və təsirlərdən qorunmaq lazımdır. Əməliyyatdan bir ay sonra gəzintiyə və çox da gərgin olmayan yüngül idmana başlaya bilərsiniz. Dənizdə və hovuzda üzmək olar.

Estetik görünüş: Əməliyyatdan sonra göz qapaqlarında müxtəlif dərəcədə şişlik əmələ gəlir. Bu şişlərin inkişafı və yox olması hər iki gözdə eyni sürətlə baş verməyəcək. Bu səbəbdən əməliyyatdan sonrakı 1-2 aylıq müddətdə göz qapaqlarında asimmetriya və bərabərsizlik normaldır. Əməliyyatın real nəticəsi orta hesabla 2 aydan sonra görünür.

Kəsik izləri: Göz qapaqlarında kəsik izləri ilk aylarda görünsə də, 1-2 il ərzində görülməyəcək. Xüsusilə ilk 6 ay kəsik yerlərini günəşdən qoruyucu vasitələrlə çox yaxşı qorumalı və sizə tövsiyə edilən digər kremlərdən istifadə etməlisiniz. 

Blefaroplastika sonrası göyərmə olacaqmı?

Əməliyyatdan əvvəl, əməliyyat zamanı və əməliyyatdan sonra lazımi tədbirlər görülsə, nəzərə çarpan göyərmələrlə qarşılaşmayacaqsınız. 

Əməliyyatdan sonra çapıq qalacaqmı?

Dəridə kəsik açıldıqda çapıq olması normaldır. Bu çapıqlar ilk aylarda daha çox görünsə də, sonrakı aylarda hiss edilməyəcək. Göz qapağının dərisi nazik və boş olduğu üçün ən az kəsik izi qalan bölgələrdən biridir.

Təqlər :

Blefaroplastika

15 illik təcrübəyə malik Göz xəstəlikləri uzmanı.

Son yazılarımız