Gözdə qan yığılması nədir?

Gözdə qan yığılması nədir?

Gözdə qan

Gözdə qan yığılması nədir?

Gözdə qan yığılması nədir?

gözdə qan

Göz qızartıları olaraq da bilinən gözdə qan yığırlması, demək olar ki, hər kəsin həyatında ən az bir dəfə qarşılaşdığı problemdir. Uzun müddət bir yerə fokuslanma, yüksək təzyiqli öskürək, yuxusuzluq kimi bir çox səbəb gözlərdə qan yığılmasına səbəb ola bilər. Bundan əlavə, allergiya, quru gözlər, göz təzyiqi, göz içindəki iltihab, kirpik infeksiyalarıda qanlı gözlərə səbəb ola bilər. Xüsusilə bir gözdə qan yığılması hər iki gözdə qan yığılmasından daha risklidir. Qaşıntı, sulanma, ağrı, qızdırma, işıq ətrafında dairə görmə və gözlərdə qızartı müşahidə edirsinizsə, bir oftalmoloq tərəfindən müayinə olunmalısınız.

Gözdə qan yığılması nədir?

Gözdə qan yığılması gözün ağ hissəsində yerləşən kapilyarların həddindən artıq genişlənərək qan yığdığı zaman baş verir. Qanlı gözlər hər iki gözdə və ya yalnız bir gözdə ola bilər. Bir gözdə olmağı daha risklidir. Bundan əlavə, qanlı gözlər ümumi bir vəziyyət olsa da, qızartı ilə müşayiət olunan ağrı, quruluq, qaşınma və görmə pozğunluğu kimi əlamətlər əhəmiyyətli bir sağlamlıq probleminin əlaməti ola bilər.

Gözdə qan yığılmasının səbəbi

Gözün ağ hissəsi ilə göz səthindəki şəffaf təbəqə arasındakı kapilyarların genişlənərək qan yığdığı zaman meydana gələn göz qanaxması, ciddiyə alınması lazım olan əhəmiyyətli bir sağlamlıq probleminin əlaməti ola bilər. 

Həyat tərzi

Gözlərdə qan yığılmasının ən çox görülən səbəblərindən biri həyat tərzidir. 

Yuxusuzluq: Yuxusuzluq gözlərdə qan yığılmasına səbəb olan əsas faktorlardan biridir. Eyni zamanda çox yatmaq da gözlərdə qızartıya səbəb ola bilər. Yuxu ehtiyacı insandan insana fərqli olsa da, ümumiyyətlə, uşaqlar 9-11 saat, yeniyetmələr 8-10, böyüklər isə 7-9 saat yatmalıdır. Bu müddətdən az və ya çox yatmaq gözlərdə qan yığılmasına səbəb ola bilər.

Uzun müddət fokuslanma: Uzun müddət bir nöqtəyə fokuslanmaq gözlərinizin yorulmasına və qan yığılmasına səbəb olur. 

Zərərli vərdişlər: Narkotik, alkoqol və siqaret istifadəsi gözlərdə qan yığılmasına səbəb olan amillər arasındadır. Bu vərdişlər ürək-damar sağlamlığına mənfi təsir göstərdiyi üçün göz bölgəsindəki damarların genişlənməsinə və çatlamasına da səbəb ola bilər. 

Ətraf mühit faktorları

Qeyri-kafi işıq: Yaşayış yerlərində və ya iş mühitlərində kifayət qədər işıq olmaması gözlərin daha tez yorulmasına səbəb olur. Kitab oxumaq, yazmaq, əl işləri ilə məşğul olmaq və ya sadəcə olaraq belə mühitlərdə uzun müddət, xüsusilə zəif işıqda olmaq gözlərdə qan yığılmasına səbəb ola bilər. Çox parlaq işıq da bu problemə səbəb ola bilər.

Günəşə məruz qalma: Xüsusilə yay aylarında qorunmadan uzun müddət birbaşa günəşə məruz qalmaq gözlərdə qan yığılmasıı ilə yanaşı bir çox sağlamlıq problemlərinə də səbəb ola bilər. 

Kimyəvi maddələr: Gözlə təmasda olan hər hansı kimyəvi maddə göz qanamasına, eləcə də daimi görmə itkisinə səbəb ola bilər. Göz kimyəvi maye və ya qazla təmasda olduqdan dərhal sonra göz və ətrafı bol su ilə yuyulmalı və dərhal ən yaxın tibb müəssisəsinə müraciət edilməlidir.

Sağlamlıq problemləri

Bir çox sağlamlıq problemləri gözlərdə qan yığılmasına səbəb ola bilər. Qızartı bir gözdədirsə və görmə pozğunluğu, axıntı, qaşınma və qızdırma kimi simptomlar varsa, göz müayinəsi aparılmalıdır. Göz xəstəlikləri ilə yanaşı, revmatoloji xəstəliklər, qalxanabənzər vəzi problemləri və hipertoniya kimi digər sağlamlıq problemləri də gözlərdə qan yığılmasına səbəb ola bilər. Gözlərin qızarmasına səbəb olan bəzi amillər aşağıdakılardır:

Konyunktivit: Gözün səthini örtən şəffaf membranın iltihabı olaraq təyin oluna bilən konjonktivit çəhrayı göz olaraq da bilinir. Konyunktivit allergik ola bilər və ya viral infeksiya nəticəsində baş verə bilər.

Uveit: Gözün orta təbəqəsini təsir edən bu iltihablı xəstəlik, immunitet sisteminin zəif olması və ya bədəndə infeksiya olması halında baş verə bilər. 

Uveit

Blefarit: Kirpik köklərinin yağ bezləri ilə örtülməsi nəticəsində yaranır. Göz qapağının iltihabı və ya arpacıq kimi də tanınır.

Buynuz qişada xora: Buynuz qişada açıq yaraya səbəb olan bu pozğunluq gözdə qanyığılması, işığa həssaslıq, görmə pozğunluğu, ağrı, qaşınma, axıntı, sulanma və buynuz qişada ağ ləkə kimi simptomlara səbəb olur. Qismən görmə itkisinə səbəb ola bilər.

Göz təzyiqi: Neyrodegenerativ optik sinir xəstəliklərindən biri olan göz hipertoniyası və ya başqa sözlə qlaukoma müalicə edilmədikdə daimi görmə itkisinə səbəb ola biləcək əhəmiyyətli bir xəstəlikdir. 

Gözdə qan yığılmasının müalicəsi

Həkimin tövsiyəsi ilə göz ilə əlaqəli xəstəliklərin müalicəsində göz damcıları, antibiotik kremləri və ağızdan alınan dərmanlar istifadə edilə bilər. Bəzi hallarda yalnız həyat tərzi dəyişiklikləri tələb oluna bilər, digər hallarda isə əsas qeyri-göz sağlamlığı probleminin müalicəsi tələb oluna bilər.

Təqlər :

Gözdə qan

15 illik təcrübəyə malik Göz xəstəlikləri uzmanı.