Elmi araşdırmalara görə mavi işıq ultrabənövşəyi şüalardan sonra gözlər üçün ən təhlükəli işıqlardan hesab olunur. Bəs mavi işığın gözümüzə və ümumi olaraq bədənimizə hansı zərərları var?
Mavi işıq melatonin hormonunnun ifrazını azaldır
Son illərdə texnoloji cihazlara mavi işıq filtrlərinin əlavə olunduğunu da nəzərə alsaq, mütəxəssislərin fikrincə gələcəkdə mavi işıq səbəbiylə tor qişamızda və ya buynuz qişamızda bir xəstəlik aşkarlandıqda və məhkəməyə müraciət etdikdə telefon istehsalçısı bildirəcək ki, bunun səbəbi telefona yerləşdirilən filtirin istifadə edilməməsidir.
Diqqət etsəniz, indi bəzi internet brauzerləri və sosial media platformaları müəyyən bir müddətdən sonra qara və ağa çevrilir. Günəş işığında 15 dəqiqə qaldığımız zaman aldığımız mavi işığın miqdarı 1 saat LED işığının altında qaldığımız zamanla eynidir. Bu da Melatonin hormonunun ifrazına ciddi təsir göstərir.
Miqren ağrılarına səbəb ola bilər
Melatonin hormonu dayandırıldığı zaman orqanizmdə bir çox problem yarandığına diqqət çəkən mütəxəssislər bildirir ki, Melatonin hormonunun fəaliyyətində problem yaşandıqda yuxusuzluq meydana gəlir. Yuxusuzluğa görə qanda kortizol səviyyəsi yüksəlir və yaddaşımız təsirlənir. Kortizol artdıqda depressiyaya səbəb olur, kilo almağa başlayır. Eləcə də kişilərdə prostat xərçənginə, qadınlarda isə döş xərçənginə səbəb olur. Mavi işığın xüsusilə müəyyən dalğa boyunda miqren ağrılarına səbəb olduğu sübut edilmişdir.
Xüsusi ilə uşaqları mavi işıqdan qorumaq lazımdır
Xüsusilə uşaqlar mavi işıqdan qorunmalıdır. Çünki biz doğulanda gözümüz şəffaf şüşə kimi olur. Amma yaşlandıqca obyektiv rəngini dəyişir və qeyri-şəffaf olur, gözlərimizi qorumağa başlayır. Axşam saatlarında uşaqlar üçün ekransız zonalar yarada, ağ LED əvəzinə sarı LED istifadə edə bilərik.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son tövsiyələrinə əsasən, 5 yaşa qədər uşaqlar ekran qarşısında daha az vaxt keçirməli, uşaq arabası və ya stulda 1 saatdan çox oturmamalı, daha keyfiyyətli yuxu almalı və aktiv oynamalıdırlar. Gündə ən azı 2 saat açıq havada vaxt keçirilməlidir.