Çəpgözlük əməliyyatı gözlərdə yerləşən 6 əzələ üzərində müəyyən dəyişikliklər aparılması kimi təyin edilə bilər. Bəzi əzələlər gücləndirilir, bəzi əzələlər zəiflədirilir. Hərdən bəzi əzələlərin təsir sahəsi dəyişdirilə bilər.
Əməliyyat ümumi anesteziya altında aparılır. Əməliyyatdan sonra 1 günlük gözlər bağlanıla bilər. Lakin bir gün sonra gözlərin açılması və sarğı aparılması lazımdır.
Xəstələr əməliyyatdan sonra heç bir acı və ya ağrı hiss etmirlər. Yalnız kiçik bir sancı hissi özünü göstərə bilər. Əməliyyatdan 1 həftə sonra gündəlik həyata qayıdış mümkündür. Gözlər 1 aya qədər qırmızı qala bilər. Həkimlər uyğun gördükləri halda istifadə üçün göz damlaları reçetə edə bilərlər.
Çəpgözlük müalicəsi
Çəpgözlüyün birdən çox səbəbi ola bilər. Xəstələr üçün seçiləcək müalicə üsulları xəstədən xəstəyə fərq göstərə bilər. Bəzi çəpgözlüklərdə problem sındırma qüsurudur. Buna bağlı olaraq eynəklə müalicə baş verə bilər. İstifadə etdikcə gözdəki çəpgözlük düzələ bilər.
Lakin eynəyin kifayətsiz olduğu vəziyyətlərlə də qarşılaşıla bilər. Belə hallarda sınaqdan keçirilə biləcək digər müalicə üsulu da örtmə müalicəsidir. Örtmə müalicəsi adətən göz tənbəlliyinə bağlı yaranan çəpgözlüklərdə təsirli olur. Bir gözün örtülərək, digər gözün gücləndirilməsi hədəflənir.
Digər müalicə üsulu isə hər iki gözə eyni zamanda tətbiq olunan ortoptik müalicədir. CAM müalicəsi kimi də bilinən bu üsulda iki gözə eyni zamanda görüş və dərinlik hissi qazandırılmağa çalışılır. Eyni zamanda çəpgözlük müalicəsində də təsirlidir.
Çəpgözlük əməliyyatı necə aparılır?
Gözün səthində konjoktiva adlı nazik zar yerləşir. Əməliyyat bu zarın açılması ilə başlanır. Daha sonra gözün sağ, sol, yuxarı, aşağı kimi istiqamətlərə baxmasını təmin edən əzələlərə çatılır.
Əzələlərə çatdıqdan sonra çəpgözlüyün növünə və səviyyəsinə görə göz əzələləri gücləndirilir və ya zəiflədirilir. Daha sonra gözün üzərindəki konjoktiva zarı bağlanır.
Çəpgözlük əməliyyatı neçə saat çəkir?
Çəpgözlük əməliyyatında güc quruluşu dəyişdirilən əzələlərin sayına görə fərq göstərsə də, orta hesabla 1 saata ehtiyac duyulur. Çəpgözlük əməliyyatı sonrası sağalma prosesində yalnız 1 gün gözlər bağlı saxlanılır. Orta hesabla 1 həftə sonunda da gündəlik həyata qayıdış təmin olunur.
Əməliyyatdan sonrakı 1 aylıq müddətdə gözlərin qızarması normaldır. Bu qızarmalar göz damlaları ilə azaldıla bilər.
Çəpgözlük əməliyyatının riskləri
Demək olar ki, bütün cərrahi əməliyyatların müəyyən səviyyələrdə riski var. Bəzi əməliyyatlar çox riskli olduğu halda, bəzi əməliyyatlar da az risklidir. Lakin həmişə risk mövcuddur.
Çəpgözlük cərrahiyyəsi təcrübəli həkimlərin əllərində uğurla və asanlıqla tətbiq olunur. Əməliyyat zamanı və ya sonrasında baş verə biləcək komplikasiyalar kifayət qədər aşağı səviyyələrdədir.
Böyüklərdə çəpgözlük cərrahiyyəsinin uşaqlara nisbətən riskləri daha çoxdur. Böyük bir xəstənin çəpgözlük cərrahiyyəsi sonrasında beyninin gözün yeni mövqeyinə uyğunlaşması azala bilər. Bu da xəstənin əməliyyatdan sonra cüt görmə inkişaf etdirməsinə səbəb ola bilər. Bu səbəbdən çəpgözlüyü olan böyüklərdə cərrahi əvvəl araşdırmaların və qiymətləndirmələrin daha ətraflı aparılması lazımdır.
Eyni zamanda həkimlər əməliyyat sonrası ortaya çıxa biləcək bütün komplikasiyalar haqqında xəstəni əvvəlcədən məlumatlandırmalıdır. Cüt görmə ehtimalının yüksək olduğu xəstələrə əməliyyat aparılmamalıdır.
Əməliyyat sonrası gözlərdə sürüşmə
Əməliyyatdan sonra yenidən göz sürüşməsi yaşanma ehtimalı gözün nə qədər yaxşı görməsi ilə tərs mütənasibdir. Başqa sözlə, xəstənin əməliyyatdan sonra gözləri çox yaxşı görürsə, sürüşmə ehtimalı çox aşağıdır. Lakin hər hansı sürüşmə halında yenidən gözlərdə sürüşmə əməliyyatı aparıla bilər.
Tez-tez Verilən Suallar
Çəpgözlük əməliyyatının riski varmı?
Digər əməliyyatlarda olduğu kimi oxşar anesteziya risklərinə malikdir və ciddi problemlə qarşılaşma riski 200 bində 1-dir.
Çəpgözlük əməliyyatı sonrası yenə sürüşmə olar mu?
Yenidən sürüşmə nadir hallarda baş verən problemdir.
Çəpgözlük əməliyyatı sonrası görmə düzəlir mi?
Çəpgözlük əməliyyatı sonrasında cüt görmə bir neçə gün ərzində azalaraq yox olur. Bundan əlavə sürüşmə bucağı 10 prizma bucağından az olan şəxslərdə daha tez düzəlmə baş verir.
Çəpgözlük əməliyyatı neçə yaşında aparılır?
Xüsusilə böyüklərdə çəpgözlük əməliyyatı üçün heç bir yaş məhdudiyyəti yoxdur.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.