Makiyaj vasitələrinin gözə zərərləri

Makiyaj vasitələrinin gözə zərərləri

Göz xəstəlikləri

Makiyaj vasitələrinin gözə zərərləri

Makiyaj vasitələrinin gözə zərərləri

makiyajın gözə zərərləri

Kosmetik məhsullar bir çox insanın gündəlik həyatının ayrılmaz bir parçasıdır. Lakin unutmaq olmaz ki, kosmetik məhsulların göz üçün potensial riskləri var. Çünki gözlər bədənin ən həssas və vacib orqanlarından biridir. Qeyd etmək lazımdır ki, bu məhsullar bakteriya riski də daşıyır. Xüsusilə tuş, göz qələmi və göz paleti kimi məhsulların dəyişdirilmədən mütəmadi istifadəsi bakteriyaların böyüməsinə və infeksiyalara səbəb ola bilər. Eyni zamanda, kosmetik məhsulların tərkibində olan kimyəvi maddələr allergik reaksiyalara səbəb olur. Bu zərərləri minimuma endirmək üçün makiyaj vasitələrini vaxtaşırı dəyişdirməli, gigiyena qaydalarına əməl etlməli, məhsulların son istifadə müddətinə diqqət yetirilməlidir. 

Müxtəlif kosmetik məhsulların potensial sağlamlıq riskləri var. Bu risklərə göz qapaqlarının infeksiyalarından tutmuş quru gözlərə qədər müxtəlif problemlər sadalamaq olar.

Makiyaj gözə zərər verirmi?

Bəzi kosmetik məhsulların tərkibində olan zərərli kimyəvi maddələr aşağıdakı problemləri yarada bilər:

Göz qapağı infeksiyaları: İstifadə edilən fırçalar və ya aplikatorlar göz qapaqlarında bakteriya toplanmasına səbəb ola bilər. Xüsusilə məhsulların başqaları ilə paylaşılması və ya gigiyena qaydalarının pozulması infeksiya riskini artırır.

Göz qapaqlarında yağ vəzilərinin tıxanması: Suya davamlı makiyaj məhsulları göz qapaqlarında olan yağ vəzilərinin tıxanmasına səbəb ola bilər. Bu, gözdə quruluq yaradan əsas faktorlardan biridir.

Göz quruluğu və qıcıqlanma: Makiyaj məhsulları gözdə təbii yağ ifrazına maneə törədə bilər. Bu da quruluğun yaranmasının başqa bir səbəbidir. 

Göz İnfeksiyaları və Bakterial Çirklənmə: Gigiyenik olmayan kosmetik məhsullarda mikroorqanizmlər böyüyür və infeksiyalara səbəb olur. İnfeksiya əlamətlərinə qızartı, axıntı, sulanma, işığa həssaslıq və şiş daxildir.

Göz Allergiyası: Tərkibində allergik maddələr daşıyan kosmetik məhsullar qızartı və şiş yaranmasına səbəb ola bilər. Allergik reaksiyalar göz qapaqlarının üzərində və ya altında baş verir.

Makiyaj edərkən nələrə diqqət etmək lazımdır?

Makiyaj edərkən sağlamlığınız üçün nəzərə alınmalı olan faktorlar aşağıdakılardır:

Keyfiyyətli Məhsul Seçimi: İstifadə olunan məhsulların keyfiyyəti böyük əhəmiyyət kəsb edir. Keyfiyyətsiz və ya vaxtı keçmiş məhsullar qıcıqlanma, allergik reaksiyalar və infeksiya riskini artırır.

Təmiz Məhsul İstifadəsi: Makiyaj fırçaları, aplikatorlar və digər makiyaj vasitələri mütəmadi olaraq təmizlənməlidir. Çirkli avadanlıq mikroorqanizmlərin yığılmasına səbəb ola bilər.

Həssas Dərilər üçün Məhsul Seçimi: Göz ətrafındakı dəri digər bölgələrə nisbətən daha həssas olduğundan, xüsusilə həssas dəriyə sahib olanlar, makiyajın dəriyə zərər verməməsi üçün xüsusi hazırlanmış məhsullara üstünlük verməlidirlər. Kimyəvi tərkibli məhsullardan qaçınmaq lazımdır.

Makiyajın Silinməsi: Göz sağlamlığını qorumaq üçün hər axşam yatmazdan əvvəl makiyajı silmək vacibdir. Makiyajın gecə gözlərdə qalması qıcıqlanma, quruluq və infeksiyalara səbəb ola bilər.

Quruluğa Qarşı Ehtiyat Tədbirlərinin Görülməsi: Göz yaşı vəzilərinin tıxanmasının qarşısını almaq üçün su əsaslı məhsulların seçilməsi quruluq riskini azalda bilər.

Kimyəvi Tərkibə Diqqət Yetirin: Xüsusilə, allergik reaksiyalara səbəb ola biləcək maddələrdən qaçınmaq lazımdır.Rutin Yoxlamalar: Göz sağlamlığınız üçün müntəzəm həkim müayinəsi faydalı ola bilər.

Kosmetik məhsullar alarkən nələrə diqqət etməli?

Kosmetik məhsul seçərkən ilk növbədə istifadə olunan məhsulun tərkibini bilmək önəmlidir. Tərkibində parabenlər, spirt və ağır metallar olan məhsullardan qaçınmaq lazımdır. Bu maddələr göz sağlamlığına zərər verə bilər. Məhsulların son istifadə tarixi də nəzərə alınmalıdır. Çünki bu tarixlərə məhəl qoymamaq məhsulların xarab olmasına və bakteriyaların çoxalmasına səbəb ola bilər. İstifadəçilər allergik reaksiyalardan xəbərdar olmalı və tərkibində allergen olan məhsullardan çəkinməlidirlər.

Qeyd edək ki, keyfiyyətli və etibarlı brendlərdən alış-veriş etmək də göz sağlamlığı üçün görüləcək tədbirlər arasındadır.

Makiyaj görmə qabiliyyətinin pisləşməsinə səbəb olurmu?

Kortəbii makiyaj uzun müddətdə ciddi problemlər yaradır. Belə ki, makiyaj məhsullarında olan kimyəvi maddələr allergik reaksiyalara səbəb ola bilər. Eyni zamanda göz ətrafındakı makiyaj qalıqları gözyaşı vəzilərini tıxaya bilər. Makiyaj fırçalarının və məhsulların gigiyenasına diqqət yetirilməməsi mikroorqanizmlərin çoxalmasına şərait yaradaraq infeksiya riskini artırır. Görmə qabiliyyətinə təsir etməsə də, unutmayın ki, uzun müddətdə bunlar ciddi problemlər yarada bilər.

Hansı makiyaj vasitələri gözlərə zərər verə bilər?

Sağlamlığa təhlükə yaradan və sağlamlığa zərər verə bilən makiyaj vasitələri bunlardır:

Maye göz layneri və göz qələmləri: Maye göz layneri və qələmlər tərkibindəki kimyəvi maddələr və boyalara görə qıcıqlanmaya səbəb ola bilər. 

Tuş: Tuşun tərkibindəki maddələr gözlərlə təmasda olduqda qıcıqlanma və allergik reaksiyalara səbəb ola bilər. 

Göz kölgəsi palitraları: Bəzi göz kölgələri tərkibindəki ağır metallara görə uzun müddətli istifadədə sağlamlıq riski yarada bilər.

Suya davamlı makiyaj məhsulları: Suya davamlı makiyaj məhsullarının tərkibindəki kimyəvi maddələr gözlərdə quruluq və qıcıqlanmaya səbəb ola bilər. 

Metal tərkibli parlaq kölgələr: Tərkibindəki parlaq hissəciklər səbəbi ilə bu məhsullar qıcıqlanmaya səbəb ola bilər. 

Sağlamlıq üçün makiyaj vasitələrini seçərkən tərkibindəki kimyəvi maddələrə və məhsulların son istifadə tarixinə diqqət yetirmək vacibdir. Daimi müayinə və doğru makiyaj vərdişlərinə yiyələnmək göz sağlamlığını qorumağa kömək edir.

Təqlər :

Göz xəstəlikləri

15 illik təcrübəyə malik Göz xəstəlikləri uzmanı.

Son yazılarımız