Göz qapağının sallanması (ptoz) nədir? niyə baş verir?

Göz qapağının sallanması (ptoz) nədir? niyə baş verir?

Ptoz

Göz qapağının sallanması (ptoz) nədir? niyə baş verir?

Göz qapağının sallanması (ptoz) nədir? niyə baş verir?

Göz qapağının sallanması (ptoz) yuxarı göz qapağının normadan daha aşağıda yerləşərək bəbəyi 2 mm-dən çox örtməsi nəticəsində görməyi çətinləşdirən və ya tamamilə maneə yaradan bir problemdir. Bu vəziyyət yaşlılarda daha çox rast gəlinsə də, uşaqlarda da müşahidə olunur.

Göz qapağının sallanması nədir?

Blefaroptoz olaraq da bilinən ptoz, göz qapaqlarının sallanmasıdır. Səbəbləri arasında qapaqda dəri və ya piylərin çox olması, əzələlərin zəifləməsi və genetik meylliliyi göstərə bilərik. Bu vəziyyət bir və ya hər iki gözün yuxarı göz qapaqlarında yaranır və buynuz qişanı örtə bilir. 

Normal göz qapaqları gözün kənarını yuxarıdan 2 mm, aşağıdan isə 1 mm əhatə edir. Yuxarı göz qapağı gözü 2 mm-dən çox örtürsə, bu artıq sallanma sayılır.

Göz qapaqlarının sallanmasına (ptoz) səbəb nədir?

Göz qapaqlarının sallanmasının əsas səbəbləri göz qapağı əzələlərində anadangəlmə və ya sonradan zədələnmiş sinirlər, göz qapaqlarında şişlər, yaşla əlaqədar dəri və əzələlərin zəifləməsi, katarakta kimi göz əməliyyatlarıdır. Digər səbəbləri isə aşağıdakılardır.

  • Ana bətnində əzələ inkişafının zəif olması
  • Yaş artdıqca əzələlərin zəifləməsi
  • Xəstəliyin və ya dərmanların yan təsirləri
  • Diabet və ya təzyiq
  • Göz şişi

Gözün zədələri də bu problemin əsas səbəblərindən biridir.

Göz qapaqlarının sallanmasının əlamətləri

Bir gözdəki sallanma asanlıqla görülə bilir. Lakin hər iki gözdə olduğu halda gözlər arasında müqayisə çətinləşdiyi üçün bu problem insanın hərəkətlərində müşahidə oluna bilir. Daha asan görmək üçün başın arxaya əyilməsi, çənənin qaldırılması, qaşların qaldırılması, həddindən artıq sulu və ya quru gözlər simptomlar arasındadır. İnsanın üzündəki yorğun görünüş də bu problemin əlamətlərindən biridir.

Göz qapağının sallanmasına necə diaqnoz qoymaq olar?

Müayinə zamanı qapağın birtərəfli və ya ikitərəfli olması, gün ərzində dəyişib-dəyişməməsi, əlavə şikayətlərin, şəkər və təzyiqin olub-olmaması sorğulanır.

Hər bir xəstədə neyro müşahidənin aparılmasına ehtiyac yoxdur. Asimmetriyası və ya göz hərəkətlərində məhdudiyyət olan xəstələrlə daha ehtiyatlı olmaq lazımdır. Mümkün nevroloji səbəbi araşdırarkən, ətraflı bir göz müayinəsi aparmaq və gözlə əlaqəli digər səbəbləri istisna etmək məqsədəuyğun olardı. Bəzi pasiyentlər üçün qapaq qaldırma əməliyyatı vacib ola bilər.

Göz qapağı sallanması (ptoz)

Göz qapaqlarının sallanması (ptoz) necə müalicə olunur?

Müalicəsi problemin səviyyəsindən və insanın yaşından asılı olaraq dəyişir. Müalicədə “levator rezeksiyası” və “frontal sapand” adlanan üsullardan istifadə edilir.

Əgər göz qapağını hərəkət etdirən əzələ toxuması problemlidirsə və göz qapağını aşağı çəkirsə, kiçik bir kəsiklə göz qapağı əzələsinə daxil olunur və əzələ qısaldılır. Göz qapağının sallanması anadangəlmədirsə, sinirlərin zədələnməsindən yaranıbsa və ya əzələ işləmirsə, göz qapağı içəridən qaşı qaldıran əzələyə birləşdirilir. Xəstə qaşını qaldırıb aşağı saldıqda göz qapağını da hərəkət etdirir.

Yetkin insanlarda sallanan göz qapaqlarının müalicəsi

Yetkin insanlarda adətən əməliyyata müraciət edilir. Göz qapağını tutan əzələləri gücləndirmək üçün ambulator müalicə edilə bilər.

Uşaqlarda göz qapaqlarının müalicəsi

Uşaqlarda da eyni metod (əzələləri gücləndirmək) həyata keçirilə bilər. Bundan əlavə, göz qapaqlarının sallanması nəticəsində göz təmbəlliyi yaranarsa, göz damcıları və ya xüsusi eynəklərdən istifadə olunur. Kiçik yaş qruplarında olan uşaqlar üçün müalicə müddətində daimi müayinələr edilməli, göz damcıları və ya eynəklərdən istifadə olunmalıdır. 

Ptoz cərrahiyyəsinin üstünlükləri nələrdir?

Göz qapağı əməliyyatının üstünlükləri aşağıdakılardır:

  • Sallanmadan sonra yaranan görmə problemləri həll edilir 
  • Əməliyyatdan əvvəl vərdiş edilən davranışlar (qaşı qaldırmaq və s.) yox olur. Bu səbəblə yaranan baş ağrısı və qırışlar da yox olur. 
  • Üzdəki yorğun ifadə yox olur

Əməliyyatdan sonra nələrə diqqət edilməlidir?

Aşağıda qeyd olunan vacib məqamlara diqqət yetirməklə sağalma  prosesini sürətləndirə bilərsiniz.

  • Sağalma prosesini sürətləndirmək üçün lazımi hissə su ilə təmasda olmamalıdır
  • Həkimin tövsiyə etdiyi damcılardan müntəzəm istifadə edilməlidir
  • Birbaşa günəşə baxmaq tövsiyə olunmur

Əməliyyat edilmədikdə hansı fəsadlar yarana bilər?

Göz qapağının sallanması əməliyyatı edilməzsə, bəzi narahatlıqlar yarana bilər. Yorğun görünüş və dərin qırışlar əsas nümunələrdən biridir. Əməliyyat edilməzsə, eyni zamanda göz içi iltihabına da səbəb ola bilər.

Göz qapaqlarının sallanması (ptoz) haqqında tez-tez verilən suallar

Göz qapağının sallanması hansı xəstəliyə işarə ola bilər?

Ptoz əzələ və sinir xəstəliklərinin əlaməti ola bilər.

Hansı vitamin çatışmazlığı göz qapaqlarının sallanmasına səbəb olur?

Araşdırmalara görə, vitamin çatışmazlığı bu problemin səbəbləri arasında deyil.

Göz qapaqlarının əzələlərini necə gücləndirmək olar?

Müntəzəm olaraq müxtəlif məşqlər etməklə əzələləri gücləndirmək mümkündür. Bu məşq üçün əvvəlcə gözlərinizi mümkün qədər geniş açmalı və beş saniyə irəli baxmalısınız. Sonra gözlərinizi yenidən geniş açın və ardıcıl olaraq sağa, sola, yuxarı və aşağı baxın. Hər hərəkəti 5 saniyə ərzində etməlisiniz. 5 saniyədən sonra gözlərinizi qısa müddətə dincəldə, daha sonra davam edə bilərsiniz. 5 saniyə sizə çətinlik yaradırsa, 3 saniyədən başlayaraq 5 saniyəyə artıra bilərsiniz.

Kimin göz qapaqları sallanır?

Bu problem yaşlılarda, əzələ zəifliyi olan insanlarda, təzyiq və ya şəkərli diabet kimi sağlamlıq problemləri olan insanlarda müşahidə oluna bilər.

Göz qapağının sallanması təhlükəlidirmi?

Bu sağlamlıq problemi zamanla görmə qabiliyyətinin azalmasına gətirib çıxara bilər. Həmçinin baş ağrısı və gözlərdə bulantıya da səbəb ola bilər.

Təqlər :

Ptoz

15 illik təcrübəyə malik Göz xəstəlikləri uzmanı.

Son yazılarımız