Göz rəngləri

Göz rəngləri

Göz rəngi

Göz rəngləri

Göz rəngləri

göz rəngləri

“Göz rəngləri necə yaranır?” sualı internet istifadəçiləri tərəfindən tez-tez verilən suallar arasında yer alır. Göz rəngi ilə əlaqəli genlərin əksəriyyəti melanin adlanan piqmentin istehsalı, daşınması və ya saxlanmasında iştirak edir.

Göz rəngləri irisin ön qatlarındakı melanin miqdarı ilə birbaşa əlaqəli hesab edilir. Qəhvəyi gözlü insanların irisində çox miqdarda melanin olduğu halda, mavi gözlü insanlarda bu piqment daha az olur.

Bu səbəbdən qəhvəyi dünya miqyasında ən geniş yayılmış göz rəngi kimi qarşımıza çıxır.

Göz rəngləri necə yaranır?

Bir insanın göz rəngi, gözün mərkəzindəki kiçik qara dəliyi (bəbək) əhatə edən və gözə nə qədər işıq girə biləcəyini nəzarət etməyə kömək edən iris adlı quruluşun piqmentasiyasından qaynaqlanır.

İrisin rəngi çox açıq mavidən tünd qəhvəyiyə qədər dəyişə bilər. Göz rəngi əksər hallarda mavi, yaşıl/ala və ya qəhvəyi olaraq təsnif edilir. Qəhvəyi dünya miqyasında ən geniş yayılmış göz rəngidir.

Göz rəngini nə müəyyən edir?

Göz rəngi bir insanın genlərindəki variasiyalarla müəyyən edilir. Göz rəngi ilə əlaqəli genlərin əksəriyyəti melanin adlanan piqmentin istehsalı, daşınması və ya saxlanmasında iştirak edir.

Göz rəngi irisin ön qatlarındakı melanin miqdarı ilə birbaşa əlaqəlidir. Qəhvəyi gözlü insanların irisində çox miqdarda melanin olduğu halda, mavi gözlü insanlarda bu piqment daha azdır.

Rəngli gözlülər niyə günəşə baxa bilmir?

Mavi gözlü insanlarda melanin yəni tünd piqment az olduğu üçün gözə gələn günəş şüaları daha çox retinaya çatır və rəngli gözlü insanlar bu səbəbdən günəş işıqlarından tünd rəngli gözlü insanlara nisbətən daha çox narahat ola bilərlər.

Hər uşaq ata-anasının göz rəngini alırmı?

Tədqiqatçılar göz rənginin tək bir gen tərəfindən müəyyən edildiyini və qəhvəyi gözlərin mavi gözlərə dominant olduğu sadə bir irsiyyət modelini izlədiyini düşünürdülər. Bu modelə görə, hər ikisi də mavi gözlü olan valideynlərin qəhvəyi gözlü uşağı ola bilməyəcəyinə inanılırdı.

Lakin sonradan aparılan araşdırmalar bu modelin çox sadə olduğunu göstərdi. Nadir hallarda olsa da mavi gözlü valideynlərin qəhvəyi gözlü uşaqları ola bilər. Göz rənginin irsiyyəti, əvvəlcə düşünüldüyündən daha mürəkkəbdir, çünki birdən çox gen iştirak edir.

Bir uşağın göz rəngi ümumiyyətlə ata-anasının və digər qohumlarının göz rənglərindən təxmin edilə bilsə də, genetik variasiyalar bəzən gözlənilməz nəticələr yarada bilər.

Rəngli gözlü olmaq bir xəstəlikdirmi?

Açıq rəngli gözlərə sahib olmaq bir xəstəlik deyil və cəmiyyətdəki bəzi yanlış fikirlərin əksinə olaraq açıq rəngli gözlü insanların tünd rəngli gözlü insanlara nisbətən daha çox göz xəstəliklərinə meyilli olduğu mənasına gəlmir.

Lakin göz rəngini təsir edən müxtəlif pozğunluqlar müəyyən edilmişdir. Okulyar albinizm, çox açıq rəngli gözlərə və əhəmiyyətli görmə problemlərinə səbəb olan irisin ciddi şəkildə azalmış piqmentasiyası ilə xarakterizə olunur.

Təqlər :

Göz rəngi

15 illik təcrübəyə malik Göz xəstəlikləri uzmanı.