Gözlərdə allergiya

Gözlərdə allergiya

Göz allergiyası

Gözlərdə allergiya

Gözlərdə allergiya

göz allergiyası

Gözümüzdə sulanma, qaşıntı və qızartı varsa, bunlar göz allergiyasının əlaməti ola bilər. Bütün bədənin allergiyası kimi gözün də allergiyası var. Əslində bu bəzən bədənin bir parçası şəklində olaraq yəni ümumi bədən allergiyasının fonunun bir parçası olur və ya bəzən sadəcə lokal olaraq gözlərimizdə bu əlamətlər ola bilir.

Allergiyalara səbəb olan faktorlar

Allergenlər ətrafımızda hər tərəfdədir, bu məişət tozları, bitki tozları, heyvan tüklərinin tozları, yorğan və yastığımızda olan özəlliklə tük və ya yun yorğan istifadə eləyənlərdə onlara qarşı allergiya yarana bilir.

Günəşə qarşı allergiya, küləyə qarşı allergiya, çöldəki tozlara qarşı allergiya, yediyimiz qidalara qarşı allergiya. O qədər böyük bir mövzudur ki bu, çox zaman allergiya olduğumuzu bilmirik və ya fərz edək ki, bizim ümumi olaraq toza qarşı allergiyamız var çox ciddi şəkildə problem yaranır çünki toz hər yerdə var, özəlliklə hal-hazırda Bakı şəhəri çox tozlu bir şəhərdir və allergik fon son illərdə getdikçə artmaqdadır.

Ən azından bunun səbəbini bildikdən sonra mümkün dərəcədə bunlardan uzaq durmağımızı bilməliyik

Bir başqa səbəb də allergiya yarada biləcək dərmanlardır. Bədənimizin hər hansı bir nahiyyəsində problem varsa və biz o dərmanları istifadə elədiyimiz zaman individual olaraq həmin şəxsin o dərmanlara qarşı bir həssaslığı ola bilər və bütün bədənində və ya lokalizə olaraq gözündə allergiya əlamətləri çıxa bilər yəni qızartı, qaşıntı, sulanma və bəzən çox daha ciddi problemlər də məsələn özəl Stiven-Johnson Sindromu dediyimiz bütün bədənin dərisinin, selikli qişaların ciddi şəkildə zədələnməsiylə hətta ölümlə nəticələnə bilən allergik reaksiyalar belə ola bilər. Bu çox nadir rast gəlinir, o ayrı bir mövzudur.

Göz allergiyasının müəyyən edilməsi

Sadaladığım əlamətlər əslində başqa xəstəliyin əlamətləri də ola bilər. Yəni ortaq əlamətlər vardır ki, sulanma, qaşıntı, batma kimi əlamətlər ola bilir amma altından başqa bir xəstəlik çıxır. Bunu ayırd eləmək əslində çox asan deyil. Bunu çoxu zaman mikroskopla baxmağımız lazımdır. Xüsusi mikroskopumuz var, biz onunla incələyirik  və göz quruluğudur və ya deyil xüsusi testlər var onları icra etdikdən sonra allergiyadır mı onun diaqnozu qoyub, ona uyğun olaraq müalicəsini yazırıq.

Göz allergiyasının müalicəsi

Allergiyanın müalicəsinə gəldiyimiz zaman öncəliklə həmin allergiyanı yaradan səbəbi biz aşkarlamışıqsa ki, bu çox çətin bir məqamdır, amma əgər biliriksə səbəb var və o bizə allergiya verirsə öncəliklə ondan uzaq olmalıyıq. Bu ən effektiv üsuldur. Amma əgər bilmiriksə allergiyanı yaradan nədir, evdə edəcəyimiz sadə üsullar var ki, bunlar ciddi şəkildə bizi rahatlada bilir.

Gözünüzdə allergiya varsa, bunları etməyi TÖVSİYƏ edirəm

  • Öncəliklə günəş eynəyi taxın.
  • Günəşə çıxdığınız zaman kepkalardan istifadə edin.
  • Kondisionerli mühitlərdən çalışın uzaq durasınız. Amma əgər kondisionerli mühitdəsinizsə, çalışın gözünüzə üfürməsin.
  • Evinizdəki kondisionerlərin filterlərini hər 6 aydan bir, uzağı bir ildən bir təmizləməyiniz tövsiyə olunur.
  • Sərin su ilə kompres ən yaxşı vasitədir.
  • Ən uzağı xüsusi damcılar istifadə eləyib allergiyanızı azalda bilərsiniz

Göz allergiyasına qarşı damcılar

Göz allergiyası üçün bir neçə qrup damcı var kəskin allergiyanı götürən damcılar bir də xroniki allergiyanı götürən damcılar. Biz bəzən bunu kombinə şəklində insanlara tövsiyyə edirik bəzən isə deyirik ki sadəcə xroniki prosesi götürmək üçün bu damcılardan istifadə edin.

Xroniki prosesləri götürmək üçün istifadə olunan damcıların xüsusiyyətləri ondan ibarətdir ki uzun müddət 3 həftə, 1 ay, ay yarıma qədər bəzən biraz daha uzun istifadə olunmalıdır ki effektin tam görəsiz.

Bir önəmli xüsusiyyəti var biz bunu çox istifadə elədiyimiz zaman tərs effekt verir. Məsələn 3-4 ay ardıcıl istifadə elədiyimiz zaman bu səfər həmin damcılar allergiyanın artmasına belə səbəb ola bilər.

Digər səbəb isə kəskin allergiyanı aradan götürmək üçün olan damcılar. Bunların içində çoxu zaman deksimitazon və ya florometalon steroid qrupu dediyimiz dərmanlardır. Bunlar bəli çox aktiv çox ciddi şəkildə qızartısı, sulanması, narahatçılığı, şişməsi olan insanlarda biz bunları istifadə eləyib çox yaxşı nəticə alırıq. Yalnız bəzən insanlar görür ki bu damcılardan çox tez bir zamanda müsbət nəticə alır, həmin damcının aludəçisi olur.

Ömrünün geri qalan hissəsində başlayır o damcıları kontrolsuz şəkildə istifadə etməyə və həmin damcılar mirvari suyu və ya katarakt əmələ gəlməsini sürətləndirə bilir və ya qara su əmələ gəlməsinə gətirib çıxarda bilir və çoxu zaman özəlliklə qara su əmələ gəlmişsə görmə sinirinin zədələnməsi geri qayıtmadığı üçün ömürlük görmə azalması ilə qarşı qarşıya qala bilərlər həmin insanlar. Ona görə həkim nəzarəti olmadan allergiya damcıları istifadə etmək doğru davranış sayılmır.

Göz allergiyasını kim təyin edir?

Belə bir sual olur ki göz allergiyasını oftalmoloq yəni göz həkimi təyin etməlidir yəni diaqnozunu qoymalıdır yoxsa allerqoloq? Əslində burada müştərək bir diaqnoz qoyulur yəni öncəliklə göz allergiyasını oftalmoloq təyin edir yəni xüsusi mikroskopla baxır xüsusi hüceyrələrin vəziyyətinə və allergiya diaqnozunu o şəkildə qoyulmuş olur.

Amma ətraflı bir səbəb araşdırılması lazımdırsa bu səfər biz allerqoloqa yönləndiririk. Allerqoloq allergiya səbəbi nədirsa ona uyğun olaraq həmin allergenlərdən qorunmaq üçün bir yol xəritəsi göstərir amma müalicə olaraq göz həkiminin müalicəsinin mütləq şəkildə aparılması lazımdır.

göz allergiyası

Təqlər :

Göz allergiyası

15 illik təcrübəyə malik Göz xəstəlikləri uzmanı.