Gözümüzün yaxşı görməsi üçün 8 tövsiyyə

Gözümüzün yaxşı görməsi üçün 8 tövsiyyə

Göz sağlamlığı, Uncategorized

Gözümüzün yaxşı görməsi üçün 8 tövsiyyə

Gözümüzün yaxşı görməsi üçün 8 tövsiyyə

gözün yaxşı görməsi

Gözümüzün yaxşı görməsi üçün edə biləcəyiniz bəzi tövsiyyələri sizlərlə bölüşmək istədik. Bu yazımızda göz sağlamlığınız üçün etməli olduğumuz vacib addımları sadaladıq.

1. Həkim müayinəsində olun

Yaxını və ya uzağı problemsiz görməyiniz göz sağlamlığı ilə bağlı heç bir problem olmadığınızı göstərmir. Bir çox göz xəstəliyi gizli irəliləyir və həkimin dərindən təhlili ilə üzə çıxır. Üstəlik, müntəzəm həkim müayinəsi daimi görmə itkisinə səbəb ola biləcək göz xəstəliklərinin erkən diaqnostikasına və sistemik bir çox xəstəliyin əvvəlcədən aşkarlanmasına imkan verir. Unutmayın, ən təhlükəli xəstəliklərin ilk əlamətləri gözdə üzə çıxır. Elə buna görə də hər il bir dəfə göz müayinənizi edin.

2. Göz ilə bağlı heç bir əlaməti nəzərdən qaçırmayın

Gündəlik həyatda yaşadığımız ən kiçik problemlər belə göz sağlamlığımızda geri dönülməz zərərlər buraxa bilər. Gözünüzdə yaranan qızartı və ya qaşınma belə bu prosesi başlada bilər.

Bu səbəbdən, qızartı/qaşınma kimi vəziyyətlərlə qarşılaşdıqda əvvəlcə soyuq su kompressası etməli və süni göz yaşı ilə gözün ehtiyac duyduğu nəmliyi təmin etməliyik. Buna baxmayaraq, əlamətlər keçmir və artırsa (yanma, batma, həddən artıq ifrazat, işıq şüaları və s.), gecikmədən həkimə müraciət edin.

3. Sağlam qidalanın

Xüsusilə göz sağlamlığımız üçün vazkeçilməz qidalar vardır. Kök, kök şirəsi, mango, portağal şirəsi, qarpız, kələm, ispanaq və balıq bu qidaların başında gəlir. Bu qidaları süfrəmizdən əskik etməyib gündəlik qidalanma rejiminizin bir hissəsi halına gətirməlisiniz.

Həmçinin sağlam qidalanmaqla bədən endeksinizə görə çəkinizi tarazlı saxlamalısınız. Çünki artıq çəki bir çox göz xəstəliyinə dəvət çıxarır. Yaşla əlaqədar makula degenerasiyası (AMD) və katarakt bu xəstəliklərdən cəmi bir neçəsidir.

3. Güclü və sağlam gözlər üçün qida əlavələri qəbul edin

Sağlam qidalanmaqla yanaşı qəbul edəcəyiniz qida əlavələri həm göz sağlamlığınız, həm də mövcud xəstəliklərin irəliləməsinin yavaşlaması üçün böyük əhəmiyyətə malikdir. A vitamini gecə korluğunun qarşısını alarkən, makula degenerasiyası və katarakt əmələ gəlməsinə qarşı güclü bir baryer yaradır.

Bədəndəki B12 vitamini çatışmazlığı gözlərdə yanma/qızartı, kornea və işıq həssaslığı kimi problemlər yaradarkən, qidalardan və qida əlavələrindən alacağınız B12 ilə bu xəstəliklərin qarşısını ala bilərsiniz. Əlavə olaraq, E vitamini retinada qoruyucu rolunu oynayarkən, C vitamini diabetik retinopatiyaya qarşı güclü müdafiə yaradır.

3. Mütləq günəş eynəyi istifadə edin

Günümüzdə bir moda əşyası kimi paltarların tamamlayıcısı rolunu oynasa da, günəş eynəkləri düşündüyümüzdən daha çox əhəmiyyətə malikdir. Sertifikatlaşdırılmış günəş eynəkləri sizi günəşin zərərli ultrabənövşəyi və infraqırmızı şüalarından qoruyarkən, gözləriniz üçün qalxan rolunu oynayır.

Bu səbəbdən, eynək seçərkən ekstra diqqətli olmalı və modaya görə deyil, gözünüzə uyğun günəş eynəyi seçməlisiniz. Xüsusilə də eynəklərin EN 1836 standartına uyğun olduğuna diqqət etməlisiniz.

4. Kompüter istifadəsinə məhdudiyyət qoyun!

Kompüter ekranına baxmaq hər hansı bir qırılma qüsuruna səbəb olmur, daha açıq desək, “gözü pozmur”, lakin “kompüter görüntü sindromu” adlandırdığımız, daha çox göz əlamətləri ilə uyğun bir sıra əlamətlərə səbəb olur. Kompüter istifadəsi zamanı insanların göz qırpma reflekslərinin azaldığı elmi tədqiqatlarla sübut olunmuşdur.

Bu da günün irəliləyən saatlarında gözlərdə qızartı, sulanma, görmədə bulanıqlıq və yorğunluq hissinə səbəb ola bilir. Qısacası, kompüter istifadəsi birbaşa göz problemlərinə səbəb olmasa da, dolayı yollarla gözlərə ciddi zərərlər vura bilir.

5. Periodiki olaraq fasilələr verin

Əgər intensiv iş temponuz varsa və uzun saatlar kompüter başında işləmək məcburiyyətindəsinizsə, mütləq müəyyən aralıqlarla fasilələr verin. Bu aralıqları hər saat başı olaraq müəyyənləşdirə bilərsiniz.

Etməli olduğunuz tək şey uzun saatlar fokuslandığınız kompüter ekranından uzaqlaşaraq ofisdə uzaq bir nöqtəyə və ya pəncərədən bayıra baxmaqdır!

6. Siqaret çəkməyin

Əgər siqaret çəkirsinizsə, bir an öncə buraxın. Çünki siqaretin gözünüzə təsirləri saymaqla bitmir. Siqaret yaşla əlaqədar sarı nöqtə degenerasiyasının ən əhəmiyyətli səbəbidir. Eyni zamanda, katarakt əmələ gəlməsini sürətləndirir və gözlərinizi qurudur. Damar sərtliyi yaratdığı üçün göz damarlarında tıxanıqlığa səbəb olur. Nəticə? Geri qaytarılmaz görüntü itkiləri!

7. Göz eynəyi istifadə edin

Çox yayğın bir səhvdən söz açmalıyıq. O da göz eynəklərinin gözlərdə tənbəllik və göz pozğunluğuna səbəb olduğu yanılğısıdır. Bir çox göz və görüntü xəstəliyi yaş artdıqca çoxalır. Yəni göz eynəyi istifadəsi gözlərimizi pozmur, əksinə gözlərin daha səmərəli işləməsinə kömək edir!

8. Ailənizin göz xəstəlikləri tarixçəsini araşdırın

Yaxınlarınızın malik olduğu xəstəliklər sizə bir çox ipucu verir. Ailədəki göz xəstəliklərini nəzərdən keçirərək bəzi xəstəliklərə qarşı daha çox risk altında olub-olmadığınıza qərar verə və tədbir ala bilərsiniz.

Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.

Təqlər :

Göz sağlamlığı, Uncategorized

15 illik təcrübəyə malik Göz xəstəlikləri uzmanı.