Hamiləlikdə göz problemlərinə diqqət edin!

Hamiləlikdə göz problemlərinə diqqət edin!

Hamiləlikgə göz problemləri

Hamiləlikdə göz problemlərinə diqqət edin!

Hamiləlikdə göz problemlərinə diqqət edin!

hamiləlikdə göz problemləri

Hamiləlik dövründə yaşanan fizioloji dəyişikliklər bədəndəki müxtəlif sistemlərə təsir edə və bəzi narahatlıqlar yarada bilər. Bu dövr göz sağlamlığınıza mənfi təsir göstərə, hətta görmə itkisinə səbəb ola bilər. Hamilə xəstələrin xüsusi vəziyyəti nəzərə alınaraq ana və körpənin sağlamlığına zərər verməyəcək şəkildə müalicə edilməsi böyük əhəmiyyət kəsb edir.

Bulanıq görmə baş verə bilər

Hamiləlik gözün refraktiv qüsurunda dəyişikliklərə səbəb olur. Progesteronla birlikdə buynuz qişa toxumasının, yəni gözün önündəki qabarıq şəffaf təbəqəsinin suyu saxlama xüsusiyyətləri dəyişir. Nəticədə, xüsusilə kontakt linzaları istifadə edənlərdə bulanıq görmə və linzaya qarşı həddindən artıq həssaslıq yarana bilər. Bu dövrdə kontakt linzaların istifadəsini təxirə salmaq düzgün seçimdir. Hamilə qadınlarda görmə problemləri fizioloji səbəblərə görə inkişaf edə bilsə də, görmə ilə bağlı şikayətləri olan bütün hamilə qadınların şikayətlərinə böyük həssaslıqla yanaşılmalıdır.

Ciddi xəstəliklərə səbəb ola bilər

Hamiləlik dövründə fizioloji amillər damarlarda dəyişikliklərə səbəb ola bilər. Buna kəllədaxili damarlarda struktur pozğunluqları, gözün tor qişasının arteriyasının tıxanması, spontan orbital qanaxmalar və hipofiz vəzinin qansızmaları daxildir. Hormonal dəyişikliklər hipofiz vəzində və göz boşluğunda xoşxassəli və bədxassəli şişlərinin böyüməsinə və daha qabarıq olmasına səbəb ola bilər.

Qan təzyiqinin ölçülməsi çox vacibdir

Hamilə qadınlarda preeklampsi və eklampsi adlanan damarlarda baş verən dəyişikliklər nəticəsində yaranan vəziyyətlər araşdırılmalıdır. Hamilə pasiyentlərin qan təzyiqi ölçülməlidir. Nəzərə almaq lazımdır ki, eklampsiya bütün görmə yollarını təsir edə bilər. Preeklampsi mərhələsində diqqət çəkən tapıntılar hipertoniya və sidikdə protein ifrazının çox olmasıdır. Preeklamptik xəstələr eklampsi mərhələsində qeyri-ixtiyari qıcolmalarla və ya hətta koma vəziyyətində xəstəxanaya gətirilə bilər.

Vaxt itirmədən mütəxəssisə müraciət edilməlidir

Göz müayinələrində adətən optik sinirdə şişmə, hipertoniyaya bağlı tor qişada dəyişikliklər, gözün damar qatında tıxanmalar, tor qişada mayenin yığılması kimi hallar müşahidə olunur. Həmçinin beyin toxumalarının zədələnməsi nəticəsində beyin korluğu yarana bilər. Bu da öz növbəsində müalicəsi vacib olan bir problemdir.

Artan kəllədaxili təzyiqə diqqət yetirin

Hamilə qadınlarda optik sinir ödemi kəllədaxili təzyiqin artması nəticəsində baş verir. Hamiləlik dövrü laxtalanmaya meylli olduğu üçün damar tıxanıqlığı və xüsusilə kəllədaxili laxtalanma diqqətdən kənarda qalmamalıdır. Səbəbi bilinməyən intrakranial təzyiqin artması bədəndə maye yığılması ilə müşayiət olunur. Bu iki vəziyyətə diqqətlə yanaşmaq lazımdır. Optik sinirin iltihabı da hamiləliyin erkən mərhələlərində və ya hamiləlikdən sonra inkişaf edə bilən bir vəziyyətdir.

Radiasiyadan qorunmaq üçün diqqətli olmaq lazımdır

Hamilə xəstələrdə diqqət yetirilməli olan digər bir vəziyyət diaqnostik vasitələrin diqqətlə seçilməsi və istifadəsidir. Zəruri hallarda, kompüter tomoqrafiyası zamanı qarın nahiyəsi radiasiyaya davamlı qalxanla qorunmalıdır. Maqnetik rezonans görüntüləmə (MRT) hamilə qadınlarda ən çox istifadə edilən diaqnostik vasitədir. Digər görüntüləmə üsullarında olduğu kimi, göz damarlarının müayinəsində də diqqətli olmaq lazımdır.  Çox zəruri olmadıqda təxirə salınmalıdır.

Diqqətli qiymətləndirmə aparılmalıdır

Diaqnoz qoyulmuş hamilə xəstələr üçün müalicə planları fərqli olur. Amerika Qida və Dərman Administrasiyasının (FDA) dərman təsnifat sistemlərinə diqqət yetirilməlidir. FDA-a görə A sinif dərmanları təhlükəsizdir. Həmçinin B və C sinfi dərmanları uyğun görülür. D və X sinif dərmanları isə hamilə xəstələrdə heç vaxt istifadə edilməməlidir. Hamilə xəstələrin görmə ilə bağlı şikayətlərinin müalicəsində nevroloq və ginekoloqlar birlikdə hərəkət etməlidir. 

Hamiləlik qadınların həyatında çox xüsusi bir dövrdür. Bu dövrdə ümumi şikayətlərlə yanaşı, görmə pozğunluqları da inkişaf edə bilər. Görmə ilə bağlı ən kiçik bir şikayətdə belə, bir oftalmoloqdan məsləhət almaq, sağlam bir hamiləlik üçün düzgün yanaşmadır.

Təqlər :

Hamiləlikgə göz problemləri

15 illik təcrübəyə malik Göz xəstəlikləri uzmanı.