No Touch lazer göz əməliyyatı

No Touch lazer göz əməliyyatı

Eksimer lazer

No Touch lazer göz əməliyyatı

No Touch lazer göz əməliyyatı

no touch lazer goz emeliyyati

No Touch lazer göz əməliyyatı nədir?

No Touch Lazer göz əməliyyatı, gözdəki miopiya, hipermetrop, astiqmat kimi qüsurların düzəldilməsi üçün ekcimer lazer texnologiyasından istifadə edərək gözə toxunmadan həyata keçirilən, tamamilə təmassız lazer müalicə üsuludur.

No Touch lazer göz əməliyyatı müalicəsi necə tətbiq edilir?

No Touch Lazer müalicəsinə, əməliyyat zamanı xəstədə ağrı və ya acı hissi olmaması üçün xəstənin gözlərinə lokal anestezik damcılar tətbiq edilərək başlanır.

No Touch Laser müalicəsində göz xüsusi cihaz tərəfindən sabitlənir və lazer cihazı istifadə edilərək qorneaya müəyyən intensivlikdə lazer şüası yönəldilir. Xəstənin bu işıq mənbəyinə ən çox 50 saniyə baxması kifayətdir.

No Touch Laser ilə iki göz eyni vaxtda müalicə edilə bilər. Həmçinin əvvəllər əməliyyat olmuş və ya lazer müalicəsi görmüş xəstələrə də tətbiq edilə bilər.

No Touch lazerin üstünlükləri nələrdir?

No Touch lazer göz əməliyyatının ən böyük üstünlüyü gözə təmas olmamasıdır. Göz səthində təmas olmaması infeksiya riskini minimum səviyyədə saxlayır.

No Touch Lazerin üstünlükləri bunlardır:

  • Əməliyyat yalnız bir neçə saniyə çəkir və xəstə prosedurdan dərhal sonra gündəlik həyatına qayıda bilər.
  • Digər lazer üsullarına nisbətən daha sürətli sağalır. Xəstələrin çoxu bir neçə gün ərzində aydın görməyə başlayır.
  • Nazik qornea quruluşuna malik olanlar, quru göz sindromu yaşayanlar və ya digər lazer müalicələrinə uyğun olmayan xəstələr üçün ideal seçimdir.
  • Ənənəvi lazer müalicələrinə nisbətən, No Touch Lazer sonrası yan təsirlər kifayət qədər nadirdir və yüngüldür.
  • Tətbiqindən sonra göz nömrəsində yenidən böyümə yaşanmır.
  • İki göz eyni vaxtda müalicə edilə bilər.
  • Bütün refraktiv qüsurlar (miyop, hipermetrop, astiqmat) eyni vaxtda müalicə edilə bilər.

No Touch lazer kimlər üçün uyğundur?

No Touch Laser, miopiya, hipermetrop, astiqmatizim səbəbindən görmə problemləri yaşayan demək olar ki, hamı üçün uyğundur.

No Touch Lazer, xüsusilə aşağıdakı xəstə qrupları üçün ideal seçim ola bilər:

No Touch sazer sonrası diqqət edilməli məsələlər

Müalicədən sonra gözlərdə yüngül yanma və batma hissi ola bilər, bu normal haldır. İlk bir neçə gün gözləri ovuşdurmaqdan çəkinmək lazımdır. Həmçinin həkimin tövsiyə etdiyi göz damcıları müntəzəm olaraq istifadə edilməlidir.

İlk bir həftə gözün su ilə təmasından çəkinmək lazımdır. Əməliyyatdan sonra bir neçə gün günəş eynəyi istifadə edilməli, göz mümkün qədər UV şüalarından qorunmalıdır.

Niyə No Touch Lazer?

No Touch Lazer, müalicə zamanı gözlə ən az təmas təmin edən üsullardan biridir. Lazer şüaları birbaşa göz səthinə təmas etmədən tətbiq edilir, bu da infeksiya riskini azaldır və sağalma prosesini daha rahat edir.

No Touch Lazer texnologiyası sayəsində hər iki göz də eyni seansta müalicə edilə bilər. Bu vəziyyət müalicə prosesini sürətləndirərək xəstənin sağalma prosesini daha effektiv edir.

Nazik qornea bəzi lazer müalicə üsullarında məhdudiyyətlər yarada bildiyi halda, No Touch Lazer bu cür vəziyyətlər üçün effektiv həll təqdim edir.

Uyğunluğu müəyyən edilən miyop, hipermetrop və astiqmat xəstələrinə yönəlik effektiv müalicə təmin edir. No Touch Lazer bu refraktiv qüsurları düzəltmək üçün yüksək dəqiqliklə işləyir və görmə keyfiyyətini artırır.

Müalicə zamanı gözdən hər hansı təbəqənin çıxarılması tələb olunmur. Bu, əməliyyatın daha az invaziv olmasını təmin edir və müalicədən sonra komplikasiya riskini azaldır.

No Touch Lazer müalicəsində kəsik aparılmadığından, əməliyyatdan sonra göz quruluğu riski çox azdır.

Göz quruluşuna görə uyğunluğu müəyyən edilən yüksək nömrələr də No Touch Lazer ilə müalicə edilə bilər.

No Touch Lazer Tez-tez Verilən Suallar

No Touch Lazer müalicəsi nə qədər çəkir? Əməliyyat 30-50 saniyə arasında həyata keçir.

No Touch Lazer ağrı verirmi? Xeyr, əməliyyat zamanı lokal anestezik damcılar istifadə edildiyi üçün xəstə ağrı hiss etmir. Əməliyyatdan sonra yüngül yanma hissi ola bilər, lakin bu vəziyyət qısamüddətlidir.

No Touch Lazer sonrası nə vaxt işə qayıda bilərəm? Xəstələrin çoxu müalicədən bir neçə gün sonra normal həyatına qayıda bilər.

No Touch Lazer ilə hansı göz qüsurları müalicə edilə bilər? Miopiya, hipermetrop və astiqmat kimi refraktiv qüsurların müalicəsində istifadə olunur.

No Touch Lazer riskləri nələrdir? No Touch Lazer riskləri yox deyəcək qədər az olması ilə yanaşı qısa müddətdə keçir, qalıcı deyil. Müalicədən sonra gözlərdə yüngül batma, yanma və ya narahatlıq hissi ola bilər. Bəzi xəstələr müvəqqəti olaraq bulanıq görmə, işıq həssaslığı və ya halo effekti (işıqların ətrafında halqalar görmə) kimi görmə pozğunluqları yaşaya bilər.

No Touch Lazer müalicəsindən sonra göz quruluğu riski minimal olsa da, bəzi xəstələrdə müvəqqəti göz quruluğu inkişaf edə bilər. Bütün bu əlamətlər adətən bir neçə gün ərzində öz-özünə düzəlir, qalıcı deyil.

Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.

Təqlər :

Eksimer lazer

15 illik təcrübəyə malik Göz xəstəlikləri uzmanı.