Optik eynəklərdən istifadə etməyə başlamazdan əvvəl bilməli olduqlarınız var.
Bir çox insanda; Miopiya, hipermetropiya, astiqmatizm, presbiopiya (yaşlanma nəticəsində yaxından görmə) kimi daha da ağırlaşa bilən göz xəstəlikləri var. Bu göz qüsurları çox gənc yaşda, ya da daha sonrakı yaşlarda meydana gələ bilər.
Əgər göz xəstəliyiniz olduğunu düşünürsünüzsə və müəyyən simptomlar hiss edirsinizsə, etməli olduğunuz ilk və ən vacib şey təbii ki, bir oftalmoloqa gedib müayinədən keçməkdir.
Həkiminiz optik eynəklərdən istifadə etməyi qərara alıbsa, ikinci addımınız yaxşı bir optik mağazaya getmək, sizə və göz qüsurunuza ən uyğun olan çərçivə və şüşəni seçməkdir.
Optik eynək seçimi niyə vacibdir?
Çox insan eynəyini üslubuna uyğun seçməyə üstünlük verir. Unutmayaq ki, bu, həm də aksesuardır. Bununla belə, optik eynək alacaqsınızsa, aksesuardan çox, sağlamlığınız üçün ən yaxşısını almağa üstünlük verməlisiniz.
Optik eynək seçərkən diqqət etməli olduğunuz məqamlar aşağıdakılardır:
Yaxşı bir optik mağaza seçin.
Bu, çox vacibdir. Ən dəqiq ölçmələri aparan, sizə ətraflı məlumat verən və tələsmədən ən sağlam seçimi etməyə kömək edəcək bir mağaza sizin üçün çox faydalı olacaqdır.
Gündəlik istifadə ehtiyaclarınıza uyğun üzlük seçərkən göz həkiminizlə birlikdə qərar verməyiniz tövsiyə olunur.
Daha yaxşı nəticə üçün çərçivədən əvvəl şüşənin keyfiyyətinə diqqət yetirin.
Çərçivə seçimi əlbəttə ki, görünüşünüz üçün çox vacibdir, lakin sağlamlığınız üçün diqqətiniz keyfiyyətli şüşə seçiminə yönəlməlidir. Şüşənin işıq keçiriciliyinə və onun ultrabənövşəyi şüaların qarşısını alan texnologiya ilə hazırlandığına diqqət yetirin.
Əgər göz qüsurlarınız varsa, diqqət etməli olduğunuz ən vacib şey gözlərinizi hər zaman günəşin zərərli şüalarından qorumaqdır. Bunun üçün seçdiyiniz eynəklərin ultrabənövşəyi şüalara qarşı müqavimətli olduğuna diqqət yetirin.
Uzun müddət monitor qarşısında oturursunuzsa, sizə tövsiyəmiz UV qoruyucu və mavi örtüklü eynəklər olacaq. Həmçinin avtomobil idarə edən pasiyentlər üçün əks etdirməyən, sürməyə imkan verən örtüklər tövsiyə edilir.
Yalnız çərçivəyə diqqət yetirməyin.
Yuxarıda qeyd etdiyimiz kimi, optik eynək seçirsinizsə, yalnız çərçivəyə deyil, həm də şüşənin markasına və keyfiyyətinə də diqqət yetirin.
Çox ucuz çərçivələrdən uzaq durun.
Çox ucuz çərçivələr sağlamlığa zərər verən materiallardan hazırlana bilər. Müəyyən standartda istehsal olunan, keyfiyyətli və sertifikatlı çərçivələri seçmək ən doğru seçimdir
İstədiyiniz eynəyi aldınız, bəs rahatsınız?
Tutaq ki, yuxarıda qeyd olunan maddələrə diqqət yetirərək ən uyğun eynəyi aldınız. Bəs nə qədər rahatsınız?
Bunun üçün aşağıdakı sualları cavablamağınız tövsiyə olunur.
Yeni eynəklərinizlə görmə qabiliyyətiniz nə qədər yaxşıdır?
Şüşə və çərçivəniz optimal şəkildə bir-birinə uyğun gəlirmi?
Eynək üçün əlavələr sizin üçün faydalı və uyğundurmu? (şüşə, rəng və s.)
Rahat görürsünüzmü?
Optik eynəyinizin çərçivəyə möhkəm yapışdığına əmin olun. Eləcə də, şüşənin kənarlarının öndən aydın görünüb-görünmədiyə və ya eynəyin burnunuza və ya qulağınızın arxasına çox təzyiq edib-etmədiyinə diqqət yetirin.
Unutmayın ki, yeni eynəyinizə öyrəşmək bir az vaxt ala bilər.