Uveit nədir? Uveitin simptomları, səbəbləri və müalicəsi

Uveit nədir? Uveitin simptomları, səbəbləri və müalicəsi

Uveit

Uveit nədir? Uveitin simptomları, səbəbləri və müalicəsi

Uveit nədir? Uveitin simptomları, səbəbləri və müalicəsi

uveit nədir

Uveit gözlərdə şişlik, qızartı, ağrı və iltihaba səbəb olur. Bəzən səbəbsiz yerə yarana bilər. Lakin müalicə ilə öhdəsindən gəlmək mümkündür. Bəzi uveit növləri müalicədən sonra təkrarlana bilər. Müalicə olunmayan uveit gözə ciddi ziyan vura və görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər.

Uveit nədir?

Uveit göz divarındakı toxumanın orta təbəqəsi olan uveanın iltihablanmasıdır. Bu zaman göz qızarır, ağrıyır və bulanıq görməyə başlayır. Şişlik və qızartı kimi simptomlarla ortaya çıxan uveit gözün digər hissələrinə də təsir edə bilər. Uveit göz toxumasına təsir edir, ağrı və zədələnməyə səbəb olur. Uveit daha çox 20-60 yaş arası insanlarda rast gəlinir.

Uveitin əlamətləri nələrdir?

Uveitin simptomlarına göz qızartısı, göz ağrısı, işığa həssaslıq, bulanıq görmə, uçuşan cismlər görmək və görmənin azalması daxildir. Uveitin ən çox görülən simptomları aşağıdakılardır:

  • Göz ağrısı
  • Göz qızartısı
  • İşığa həssaslıq
  • Bulanıq görmə
  • Göz yaşları
  • Göz qamaşması
  • Uçuşan cismlər görmək
  • Görüş bucağınızın yanındakı obyektləri görməmək

Uveitin simptomları bir neçə gün ərzində sürətlə və ya tədricən yarana bilər. Bir və ya hər iki göz uveitdən təsirlənə bilər.

Uveit nədir

Uveitin səbəbləri nələrdir?

Uveitin mümkün səbəbləri infeksiya, zədə, avtoimmun xəstəliklər və ya iltihablı xəstəliklərdir. Virus və bakterial infeksiya səbəbindən baş verə bilər. Uveitli insanlar tez-tez immunitet sistemində problem yaşayırlar. İmmunitet sistemində problem yarandıqda avtoimmun xəstəliklər meydana gəlir və aşağıdakı xəstəliklər uveitlə əlaqələndirilir:

  • Sədəf xəstəliyi
  • Artrit
  • Romatoid artrit
  • Ankilozan spondilit
  • Xoralı kolit
  • Kawasaki xəstəliyi
  • Kron xəstəliyi
  • Sarkoidoz
  • Behçet xəstəliyi

İnfeksiyalar da uveitə səbəb olur. Uveit aşağıdakı hallarda baş verə bilər:

  • QİÇS
  • Herpes virusu
  • CMV retiniti
  • Qərbi Nil virusu
  • Sifilis
  • Toksoplazma
  • Vərəm
  • Histoplazmoz

Bundan əlavə, gözə nüfuz edən zəhərli maddə, göz əməliyyatı, göyərmə, zədə və travma da uveitin digər səbəbləridir.

Uveitin hansı növləri var?

Uveit xəstəliyi göz iltihabının meydana gəldiyi yerə görə fərqlənir. Uveitin növləri aşağıdakı kimi sıralanır:

Anterior uveit (ön uveit)

İltihab ilə ortaya çıxır və yüngül olduqda, öz-özünə keçə bilər. Müalicə ilə yox ola bilər. Anterior uveit adətən aşağıdakı hallarda olur:

  • Ankilozan spondilit (AS)
  • Sarkoidoz və juvenil idiopatik artrit (JIA) kimi avtoimmun xəstəliklər
  • İltihabi bağırsaq xəstəliyi kimi mədə-bağırsaq xəstəlikləri
  • Herpes virusu (herpes və ya genital herpes) və ya suçiçəyi virusu kimi infeksiyalar

Orta səviyyə

Xüsusilə gənclər orta dərəcəli uveitə daha çox meyllidirlər. Gözün ortasında müşahidə olunan bu hal, gözün içərisindəki maye ilə dolu boşluğa da təsir edir. Orta səviyyə uveitdə simptomlar yaxşılaşa, yoxa çıxa və ya pisləşə bilər. Bu növ uveiti olan hər üç nəfərdən birində dağınıq skleroz (MS) və sarkoidoz müşahidə olunur. 

Posterior uveit (arxa uveit)

Üveitin nadir bir növü olan posterior uveit gözün daxili hissəsinə təsir edir. Posterior uveit də ən ağır formada torlu qişaya, optik sinirə və xoroidə təsir edə bilər. Posterior uveit birdshot xorioretinopatiya, herpes, luposis, sifilis və vərəm hallarında baş verə bilər. Bulanıq görmə və görmənin azalması posterior uveitin simptomları arasındadır.

Uveit diaqnozu necə qoyulur?

Birinci mərhələdə mütəxəssis həkim göz müayinəsi zamanı gözünüzün içərisinə baxır. Sonra görmə qabiliyyətinizi test ilə yoxlayır. Belə ki, uveitin diaqnozu üçün aşağıdakı testlərdən istifadə edir:

  • Göz içi təzyiqini ölçmək üçün tonometriya
  • Gözün içini mikroskopla yoxlamaq üçün yarıq lampa müayinəsi
  • Göz bəbəklərini genişləndirmək üçün göz müayinəsi
  • İnfeksiyaları və ya avtoimmun xəstəlikləri müəyyən etmək üçün qan analizi
  • İltihabi səbəbləri axtarmaq üçün sinə və ya beynin müşahidə olunması
  • Gözün arxasındakı qan damarlarının şəkillərini çəkmək üçün fundus floresein angioqrafiyası (FFA)
  • Gözdə mayenin axdığı ön hissəsini araşdırmaq üçün gonioskopiya
  • Gözün arxa hissəsinin ətraflı təsvirlərini əldə etmək üçün optik koherens tomoqrafiya (OCT).

Uveitin müalicəsi necə olur?

Göz uveiti müalicə edilmədikdə görmə qabiliyyətinin itirilməsinə  səbəb ola bilər. Gözlərdə qızartı, iltihab və ya ağrı varsa, dərhal mütəxəssisə müraciət etmək vacibdir. Bundan əlavə, edilən müalicə toxuma zədələnməsinə qarşı gözdəki ağrıları aradan qaldırır. Uveitin müalicəsi xəstəliyin növündən asılı olaraq dəyişir:

  • İnfeksiyanın səbəb olduğu uveitin müalicəsi üçün antibiotiklər, antivirallar və ya antifungal dərmanlar istifadə olunur.
  • Göz damcıları ağrıları aradan qaldırır və şişkinliyi azaldır. Bundan əlavə, irisin və lensin bir-birinə yapışmasının qarşısını alır ki.
  • Steroid antiinflamatuar dərmanlar göz iltihabını aradan qaldırır. Damcılar, məlhəmlər, oral həblər və ya gözə inyeksiya formasında şahid ola bilərik.
  • İmmunosupressantlar immun sisteminin avtoimmun xəstəliklərə və ya iltihaba qarşı reaksiyasını sakitləşdirir.

Müalicə edilmədikdə uveit hansı xəstəliklərə səbəb olur?

Müalicə olunmazsa, uveit, qlaukoma, katarakta, optik sinirin zədələnməsi, görmə qabiliyyətini itirilməsi və tor qişanın şişməsi kimi problemlərə səbəb ola bilər.

Uveit xəstəliyi təhlükəlidirmi?

Müalicə edilməzsə, gözlərdəki toxumalara zərər verə və görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Bu səbəbələ də təhlükəli hesab olunur.

Təqlər :

Uveit

15 illik təcrübəyə malik Göz xəstəlikləri uzmanı.