Göz sağlamlığı haqqında doğru bilinən yanlışlar

Göz sağlamlığı haqqında doğru bilinən yanlışlar

Göz sağlamlığı

Göz sağlamlığı haqqında doğru bilinən yanlışlar

Göz sağlamlığı haqqında doğru bilinən yanlışlar

göz sağlamlığı

Yeməkləri duzlu yemək gözə zərər verirmi, göz təmbəlliyi əməliyyatla düzəlirmi, katarakta təkcə yaşlılarda görülür? Xalq arasında göz sağlamlığı barədə bir xeyli doğru bilinib yanlış olan məlumat var. Bu da insanları öz sağlamlığı haqqında yanlış yönləndirir. Bəs bu məlumatların doğrusu nədir?

Səhv: Körpə və ya balaca uşaq eynək taxa bilməz

Doğru: İrəliləmiş göz zəifliyi olan uşaqlar bu zəifliyin azaltmaq və göz tənbəlliyinin qarşısını almaq üçün mütləq erkən yaşda eynək taxmalıdırlar.

Səhv: Eynək taxdıqca göz eynəyə öyrəşir

Doğru: Belə bir anlayış mümkün deyil. İnsan eynəklə daha rahat gördüyü üçün eynəkdən istifadə etməyi üstün tutur.

eynək istifadəsi

Səhv: Eynək və linza taxmaq eynək nömrəsinin irəliləməsinin qarşısını alır

Doğru: Eynək taxmaq və ya taxmamaq eynək nömrəsinin irəliləməsinin qarşısını almır. Eynək müalicə məqsədli istifadə edilir və görmə səviyyəsini artırır.

Səhv: Katarakta təkcə yaşlılarda olur

Doğru: Katarakta daha çox yaşlılarda rast gəlinsə də, uşaqlarda və gənclərdə də müşahidə olunur.

Səhv: Katarakta əməliyyatı lazerlə həyata keçirilir

Doğru: Günümüzdə ən modern əməliyyat növü sayılan FAKO xalq arasında yanlış tanınır. FAKO metodu ilə edilən əməliyyatda lazerdən yox, ultasəsli titrəyişlərdən istifadə olunur.

Yanlış: Eynəkdən qurtulmaq üçün göz cızılmalıdır

Doğru: Eynəyə olan ehtiyacı aradan qaldırmaq üçün həyata keçirilən lazer müalicəsi gözü cızmır, sadəcə müəyyən bir qalınlıqda olan kornea səthini buxarlaşdıraraq aradan qaldırır.

Səhv: Göz tənbəlliyi lazer əməliyyatı ilə düzəlir

Doğru: Göz tənbəlliyi əməliyyatla müalicə olunmur. 7 yaşdan əvvəl eynək istifadə etməklə və yaxşı gözü bağlamaqla müalicə edilir.

Səhv: Yaxından televizor izləmək gözə zərər verir

Doğru: Yaxından televizor izləmək gözə birbaşa zərər vermir. Göz problemi olan uşaqlar televizoru yaxından izlədiyi üçün bu, əvvəldən mövcud olan göz probleminin göstəricisidir.

Səhv: Bəzən gözlərim ağrayır, gözü rahatlaşdıran eynək taxsam, keçər

Doğru: Göz rahatlaşdıran bir eynək növü yoxdur. Rahatlıq verən eynək nömrəlidir və ehtiyacı olana verilir.

Səhv: Katarakta bir gözdən digərinə keçir

Doğru: Katarakta bir gözdən digərinə keçmir.

Səhv: Katarakta təkrarlana bilər

Doğru: Katarakta təkrarlanmır. Bəzən əməliyyatdan sonra göz daxilinə yerləşdirilən pərdədə problem yaranır. Bunu insanlar kataraktanın təkrarlanması kimi başa düşürlər.

Səhv: Körpələrdəki çəpgözlüyün müalicəyə ehtiyacı yoxdur, zamanla düzəlir.

Doğru: Körpələrdəki çəpgözlük bəzən çox ciddi olur və mütləq müalicə olunmalıdır. Müalicə metodu olaraq əməliyyat və ya eynək istifadəsi tələb oluna bilər.

Səhv: Eynəklə çəpgözlük müalicə edilə bilər və yenidən eynəyə ehtiyac qalmır.

Doğru: Göz sürüşmələrinin əksəriyyəti eynəklə müalicə oluna bilər. Lakin çəpgözlük müalicə edildiklən sonra adətən eynək istifadəsi tövsiyə olunur. Əks halda çəpgözlük inkişaf edə bilər.

Səhv: Çəpgözlük lazerlə müalicə oluna bilər.

Doğru: Çəpgözlüyü müalicə edən əməliyyat göz əzələlərində həyata keçirilən tikişli bir əməliyyatdır. Lazerlə bu problemin həlli mümkün deyil.

Səhv: Gözlərim çox ağrayır, göz təzyiqim yüksəlmiş ola bilər.

Doğru: Göz təzyiqi özünü çox bildirməyən bir problemdir. Bir çox göz xəstəliyi və bədənin başqa hissələrindəki problemlər göz təzyiqinə səbəb ola bilər.

göz təzyiqi

Səhv: Göz təzyiqi əməliyyatından sonra göz zəifliyim düzələcək.

Doğru: Əməliyyatın məqsədi dərmanla müalicə edilə bilinməyən göz təzyiqini azaltmaqdır. Buna görə də əməliyyatdan sonra görmə səviyyəsində bir dəyişiklik olmur.

Səhv: “Deyəsən gözyaşlarım quruyub, ağlaya bilmirəm”

Doğru: Ağlamaq psixoloji bir hadisədir. Gözyaşı ya bu hadisəyə aid olan bir refleksdir. Gözyaşının quruması deyilən bir anlayış mövcuddur, amma bunun ağlamaqla heç bir əlaqəsi yoxdur.

Təqlər :

Göz sağlamlığı

15 illik təcrübəyə malik Göz xəstəlikləri uzmanı.

Son yazılarımız