Göz tənbəlliyi nədir?

Göz tənbəlliyi nədir?

Göz tənbəlliyi

Göz tənbəlliyi nədir?

Göz tənbəlliyi nədir?

göz tənbəlliyi

Göz tənbəlliyi olaraq da bilinən ambliyopiya, bir gözün digər gözdən daha az görməsi deməkdir. Səbəb adətən uşaqlıqda gözün görmə funksiyasında baş verən anomaliyadır. Zəif gözün sağa və ya sola sürüşməsinə səbəb olur. Nadir də olsa, hər iki gözdə baş verə bilər. Çox vaxt eynək, kontakt linzalarla və bir gözün bağlanması ilə müalicə olunur.

Göz tənbəlliyinin (Ambliyopiya) səbəbləri nələrdir?

Göz tənbəlliyi (Ambliyopiya) 3-5 yaş arası uşaqlarda tez-tez rast gəlinən bir problemdir. Erkən aşkar edilərsə, müalicə etmək mümkündür. Uşaqlıqda baş verən bu pozğunluqda zəif olan göz digər gözə nisbətən ətrafdan daha az görüntü qəbul edir. Və zaman keçdikcə beyin gözdən gələn görüntüyə etinasızlıq göstərməyə başlayır. Uşaqlıqda görmə qabiliyyətinə mane olan hər hansı bir vəziyyət ambliopiyaya səbəb ola bilər. 

Əsas səbəblər:

– Göz əzələlərində balanssızlıq,

Göz qapaqlarının sallanması,

– Gözlər arasında görmə aydınlığında fərqliliklər, 

Katarakta və irsi genetik anomaliyalar.

Əgər iki göz arasında refraktiv qüsur fərqi 1,5 dərəcədən çox olarsa, inkişaf ehtimalı yüksəkdir. Həmçinin hər iki gözdə anadangəlmə yüksək dərəcəli refraktiv qüsur varsa, xüsusən də 3-5 yaş arasında aşkar olunmayıbsa və eynək istifadə edilməyibsə, hər iki gözdə ambliopiyanın inkişaf etmə ehtimalı var.

Diaqnozla problem aşkar edildikdə, kontakt linzalar və ya eynəklərdən istifadə etməklə ambliyopiyanın inkişafının qarşısını almaq olar. Bəzi hallarda katarakta da ambliopiyaya səbəb ola bilər. Bu, erkən müalicə tələb edən bir vəziyyətdir və irəlilədikdə görmə itkisinə səbəb ola bilər. Odur ki, uşağın görməsində hər hansı pozğunluq müşahidə olunarsa, gələcəkdə daha böyük problemlərin qarşısını almaq üçün dərhal bir oftalmoloqa müraciət etmək lazımdır.

göz tənbəlliyi

Göz tənbəlliyinin əlamətləri

Ambliyopiya uşaqlıqda (3-6 yaş arası) meydana gəldiyi üçün simptomları müəyyən etmək çətinləşir. Ən çox görülən simptomlar aşağıdakılardır:

  • Uşaq obyektlərin nə qədər uzaq və ya yaxın olduğunu müəyyən etməkdə çətinlik çəkir (dərinlik qavrayışının pozulması)
  • Bir gözdə çəpgözlük və ya qapanma
  • Qıyıq gözlər
  • Bir şeyə baxarkən və ya oxuyarkən başı daim eyni istiqamətə çevirmək

Uşaq gözlərini bir yerdə hərəkət etdirə bilmirsə, əl-göz koordinasiyası ilə bağlı problem yaşayırsa və çəpgözlük varsa, dərhal bir oftalmoloqa müraciət etmək lazımdır.

Kimlər risk altındadır?

Erkən doğulmuş körpələr, inkişaf pozğunluğu olan uşaqlar və ailəsində bu problemi yaşayanlar risk altındadır.

Göz tənbəlliyi diaqnozu necə qoyulur?

Göz tənbəlliyində ağrı hissi olmadığı üçün uşaqlar bu narahatlığı ifadə edə bilmirlər. Ailələr qeyd olunan hallarla bağlı şübhələnərlərsə, oftalmoloqa müraciət etməlidirlər. Ambliopiyanın diaqnozu göz müayinəsi ilə qoyulur. Müayinə zamanı gözlərdə hər hansı dəyişmə və ya görmə pozğunluğu olub-olmaması yoxlanılır. Bəzi hallarda, bəbəyi genişləndirmək üçün müayinə məqsədli bir damla istifadə edilə bilər. Bu damla bulanıq görməyə səbəb olur. Təsirini üç-dörd saat ərzində itirir. Uşaqlarda nitq yaşına çatmamış göz müayinəsi zamanı;

  • Nitq yaşına çatmamış uşaqların göz müayinəsində görmə oxuna mane olan hər hansı şəraitin olub-olmaması və uşağın hər iki gözü ilə koordinasiyalı şəkildə bir obyekti izləyə bilməsi yoxlanılır.
  • 1 yaşadək uşaqlarda avtorefraktometr və ya skiaskopiya ölçmələri aparılır. Daha böyük uşaqlarda vizual funksiya testləri hərflərin və  şəkillərin yardımı ilə aparılır.

Göz tənbəlliyinin müalicəsi

Bu problemin görə görmə itkisinə səbəb ola bilmə ehtimalı olduğu üçün dərhal müalicəsinə başlanılmalıdır. Bu xəstəlik həm də uşaqların məktəbə getmə istəyini azaldır və uyğunlaşma problemi yaradır. Müalicə ambliopiyanın səviyyəsindən və səbəbindən asılı olaraq dəyişir.

Eynək və ya kontakt linzalardan istifadə

Ambliyopiyanın müalicəsində ən vacib element göz təmbəlliyinə səbəb olan ilkin göz patologiyasını düzəltməkdir. Eynək istifadəsi bunun üçün ideal üsullardan biridir.

Göz damcılarının istifadəsi

Bu müalicə üsulunda sağlam gözün görmə funksiyası azaldılır və uşaq zəif gözlə görməyə davam edir. Adətən həftədə 2-3 gün istifadə edilir. Bəzi hallarda işığa həssaslıq kimi yan təsirlərə səbəb ola bilər.

Cərrahi əməliyyat

Əgər uşağın göz tənbəlliyi katarakta və ya göz qapaqlarının sallanması nəticəsində yaranıbsa, cərrahi müdaxilə tələb oluna bilər. Bundan əlavə, çəpgözlük eynəkdən istifadə etməklə düzəldilə bilməzsə, cərrahi müdaxilə tələb oluna bilər.

Fəaliyyət terapiyaları

Uzun müddət gözü eyni nöqtəyə yönəltmək üçün rəsm, tapmaca və ya kompüter oyunları kimi metodalar müalicə prosesinə daxil edilir. Bu metodlar eynək, kontakt linzalar və ya gözlərin bağlanması müalicələrinə əlavə olaraq istifadə olunur. Müalicəyə başlandıqdan sonra ambliopiyanın vəziyyətindən asılı olaraq bir neçə həftə ərzində yaxşılaşma müşahidə olunmağa başlayır. Ancaq bu xəstəlik uğurla müalicə olunsa belə, təkrarlanma riski var. Odur ki, ambliopiya diaqnozu qoyulan uşaqların müəyyən yaşa qədər mütəmadi olaraq müayinə edilməsi məsləhətdir.

Təqlər :

Göz tənbəlliyi

15 illik təcrübəyə malik Göz xəstəlikləri uzmanı.

Son yazılarımız