Katarakta nədir? Simptomları və müalicəsi

Katarakta nədir? Simptomları və müalicəsi

Katarakta

Katarakta nədir? Simptomları və müalicəsi

Katarakta nədir? Simptomları və müalicəsi

katarakta nədir

Hər kəsin gözünün içində görüntüləri retina təbəqəsi üzərinə fokuslayan göz alması yerləşir. Katarakta bu göz almasının şəffaflığını itirməsi, buzlu şüşə halına gəlməsidir. Şəffaflığını itirən göz alması işıq və görüntünün retina təbəqəsinə çatmasını əngəlləyir. Bu da öz növbəsində görmə zəifliyi yaradır.

Gözü bir fotoaparat kimi düşünsək, kataraktanı aparatın önündəki şüşənin buzlu hala gəlməyinə bənzədə bilərik. Qeyd edək ki, göz almamız vücudumuzun ən tez yaşlanan hissələrindən biridir.

40-45 yaşlı, görmə zəifliyi olmayan insanlarda göz almasının yaxına fokuslanma xüsusiyyətini itirməsi səbəbilə yaxını eynəksiz görmək çətinləşir. Bu halda yaxını görmək üçün eynəyə ehtiyac artır. Daha sonra 60-80 yaş aralığında şəffaflığını itirən göz almasında katarakta meydana gəlir. Bu halda hətta eynəyin belə köməyindən faydalanmaq mümkünsüz olur.  

katarakta göz xəstəliyi

Görmə zəifliyi ilkin mərhələdə zəif bir bulanıqlıq, rənglərdə solğunlaşma, işıqda parçalanma olaraq başlayır, daha sonra növünə görə gözdə yalançı bir miopiya yaranır.

Yalançı miopiya zamanla artarkən xəstənin uzağı görməyi daha da çətinləşir, amma gözlər bir müddət yaxını eynəksiz görür və gündəlik məşğuliyyətləri eynəksiz həll edə bilir. Növbəti illərdə yaxını eynəksiz görə bilmək xəstəni yaxşı hiss etdirsə də, “ikinci bahar” adlandırdığımız bu mərhələ keçicidir. 

Katarakta irəlilədikcə həm uzağı, həm də yaxını görmə qabiliyyəti eynəklə düzəldilə bilməyəcək dərəcədə pisləşir. Ümumilikdə iki gözdə də eyni miqdarda görülsə də, bəzi insanlarda bir göz daha erkən zəifləyir. Görmə zəifliyi həm həyat keyfiyyətimizi azaldır, həm də bəzi qəza hallarının yaşanma riskini artıraraq həyatımızı təhlükəyə atır.

Katarakta mirvari suyu

Katarakta yaşlanmanın təbii nəticəsidir!

Bu bir xəstəlik deyildir. Sadəcə yaşlanma prosesinin təbii bir nəticəsidir. Hətta kataraktanın meydana gələcəyi yaşa çata bilmək nə qədər şanslı olduğumuzun bir göstəricisidir. Belə ki, uzun müddət yaşayan hər insan kataraktanı təcrübə edəcəkdir. Bu səbələ katarakta əməliyyatı dünyada ən çox edilən əməliyyatdır. Yaxşı xəbər kimi deyə bilərik ki, katarakta əməliyyatı tibb tarixinin ən uğurlu əməliyyatlarından biridir. 

Kataraktanın simptomları nələrdir?

  • Bulanıq görmə;
  • Dumanlı görmə;
  • İşığa həssaslıq;
  • Tək göz bağlı ikən cüt görmək;
  • Rənglərdə solğunluq;
  • Yaxın eynəyinə ehtiyacın azalması;
  • Yaxın eynək olmadan görməyin yaxşılaşması

Hansı yaşlarda rast gəlinir? Kataraktanın növləri nələrdir?

Göz almasının şəffaflığını itirməsi səbəbilə ortaya çıxan katarakta əslində bir neçə səbəblə və hər yaşda görülə bilər. Ümumilikdə kataraktanı 3 qrupa ayıra bilərik. 

Birincisi və ən çox rast gəlinəni yaşlanma ilə bağlı kataraktadır. Bu növ adətən 50 yaşdan sonra başlayır və 60 yaşdan sonra əməliyyat ediləcək dərəcəyə gəlir. Bu tip kataraktalar çox irəliləsə, tamamilə ağ hala gəlir və görmə qabiliyyətini tamamilə yox edə bilir. İkinci qrupda hər yaşda rast gəlinən göz içi iltihablanması, travma, kortizollu dərman qəbulu və başqa xəstəliklər səbəbilə meydana gələn kataraktalardır. Bu kataraktalar yaşlanma səbəbilə yox, gözdəki başqa problemlər nəticəsində meydana gəlir. 

Üçüncü qrupda isə anadangəlmə kataraktalar yer alır. Bu növ katarakta doğum anında müşahidə olunur və adətən uşağın ana bətnində inkişafına təsir edən faktorlar nəticəsində meydana gəlir. Göz tənbəlliyinin yaranmasının qarşısını almaq məqsədilə bu katarakta növünün əməliyyatı və müalicəsi çox vacibdir.

Katarakta diaqnozu necə qoyulur?

Katarakta diaqnozu göz həkiminin ətraflı müayinəsi ilə qoyulur. Müayinə zamanı kataraktanın tipi, xəstənin görmə qabiliyyətinə təsir edə biləcək sarı nöqtə xəstəliyi kimi başqa pataloji xəstəliyin olub-olmadığı, həmçinin katarakta əməliyyatı zamanı meydana gələ biləcək başqa problemlərin aşkar olunması hədəflənir.

Katarakta müayinəsi necə olur?

Müayinəs zamanı həkim xəstənin göz təzyiqini, görmə səviyyəsini ölçür, eynək ilə görmənin nə qədər düzələ biləcəyini təyin edir, göz bəbəyinin böyüyüb böyümədiyini, göz dibini müşahidə edərək retina təbəqəsində yırtığın, həmçinin sarı nöqtənin olub-olmadığını öyrənir.

Sarı nöqtə göz tomoqrafiyası ilə daha ətraflı qiymətləndirilir. Müayinə nəticəsində katarakta diaqnozu qoyulur və əməliyyatın lazım olub-olmadığına qərar verilir.

Katarakta əməliyyatına qərar verilərsə, xəstə ilə müzakirə edilərək əməliyyatın növü və gözə yerləşdiriləcək linza növü seçilir.

Təqlər :

Katarakta

15 illik təcrübəyə malik Göz xəstəlikləri uzmanı.

Son yazılarımız