Gözlərinizi bahar allergiyasından qorumağın 5 yolu

Gözlərinizi bahar allergiyasından qorumağın 5 yolu

Göz allergiyası

Gözlərinizi bahar allergiyasından qorumağın 5 yolu

Gözlərinizi bahar allergiyasından qorumağın 5 yolu

göz allergiyası

Yaz ayları bir çox insanlar tərəfindən ən gözəl fəsil olaraq xarakterizə edilsə də, allergiya xəstələri üçün çətin dövrün başlanğıcı hesab edilir. Bu allergiyalardan ən çox əziyyət çəkən orqanlardan biri də gözlərimizdir. Ən çox rast gəlinən göz xəstəliklərindən biri olan göz allergiyasının qarşısını bəzi ehtiyat tədbirləri ilə almaq olar.

Uşaqlıqda ciddi şəkildə irəliləyir

Allergiya gündəlik həyata mənfi təsir etməklə yanaşı, göz sağlamlığına da təhlükə yaradır. Göz səthi xarici mühitə açıq olduğu üçün birbaşa təmas nəticəsində allergik reaksiyalara məruz qalır. Buna görə də, gözləri tozdan, polendən və ya digər mümkün təhlükələrdən qorumaq çətindir. Yaz aylarında ortaya çıxan tozcuqlar gözlərdə yaranan allergiyanın əsas səbəbidir. Adətən uşaqlıqda başlayır və şiddəti azalsa da, yetkinlik yaşına qədər davam edir.

Birdən gözlərinizdə qızartı və sancma hiss etsəniz…

Gözlərdə; Qızartı, qaşınma, yanma və sancma hissi, göz qapaqlarının şişməsi, işığa həssaslıq və sulanma kimi simptomlar varsa allergiyadan şübhələnməlisiniz. Bundan başqa, əlamətlərə burun axması, asqırma və burun tıkanıqlığı kimi digər allergik simptomlar da əlavə oluna bilər.

Polendən (yaz vaxtı ağaclardan yayılan tozcuqlar) uzaq durun, dərmanlardan nəzarətsiz istifadə etməyin

Allergiya müalicəsində əsas prinsip allergiyaya səbəb olan faktordan uzaq durmaqdır. Xəstəlik dərman və dəstəkləyici müalicələrlə yüngülləşdirilə bilər. Bu proses zamanı hər hansı şikayətlər yaranarsa, xəstə bir oftalmoloqa müraciət etməlidir. Xəstələr başqalarının məsləhəti ilə və ya daha əvvəl verilmiş reseptə əsaslanan dərmanlardan istifadə etməməlidirlər. Xüsusilə kortizon dərmanlarının uzun müddətli və nəzarətsiz istifadəsi katarakta və göz hipertoniyası kimi təhlükəli xəstəliklərə səbəb ola bilər.

Göz allergiyasına qarşı ala biləcəyiniz 5 tədbir

1 – Qaşınma varsa, soyuq sarğı ilə müalicə edilməli və ya soyuq su ilə yuyulmalıdır. 

2 – İşığa həssaslıq üçün günəş eynəyi və ya kənarlı papaq istifadə edilməlidir.

3 – Açıq havada çox qalmamaq lazımdır.

4 – Ekran qarşısında çox durmamaq, mətni yaxından oxumaq və bunun kimi göz fokusu tələb edən fəaliyyətləri fasilələrlə həyata keçirmək lazımdır.

5 – Həkim tövsiyəsi ilə gözyaşı damcılarından istifadə edərək göz səthini nəmləndirmək lazımdır.

Təqlər :

Göz allergiyası

15 illik təcrübəyə malik Göz xəstəlikləri uzmanı.

Son yazılarımız